15 iyun 2025-ci il tarixində Moskva şəhərində “Bulbul” mobil tətbiqinin təqdimat mərasimi baş tutub. SİA xəbər verir ki, tətbiq, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olmuş “DAVAM – Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiqin yaradılması” layihəsi çərçivəsində hazırlanıb. “Bulbul” mobil tətbiqi xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək onların arasında mədəni, sosial və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Tətbiq, istifadəçilərə Azərbaycan mədəniyyəti, dili və aktual ictimai mövzular ətrafında ünsiyyət qurmaq, tədbirlər və təşəbbüslər barədə…
Daha çoxDay: June 20, 2025
Məcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərə görə sığorta ödənişləri, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. M. Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.…
Daha çoxBaş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub
Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş…
Daha çoxEnergetika naziri Qusarda vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.
Daha çoxDİQQƏT: Avtomobillərlə hərəkət məhdudlaşdırılacaq
Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Daha çox“Türkiyə-Azərbaycan arasındakı bağlar strateji, insani və emosional xarakter daşıyır”
“Kahramanmaraşda açılan “Azərbaycan məhəlləsi” təkcə bir yaşayış kompleksi deyil. Bu, qanla yazılmış qardaşlığın, dağıntılar arasında belə ümid inşa edən həmrəyliyin və strateji müttəfiqliyin vücuda gəlmiş halıdır. Azərbaycan, ağrının yaşandığı yerə qardaşlığını göndərdi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib. Onun sözlərinə görə, 2023-cü ildə baş verən böyük zəlzələ fəlakətindən sonra Azərbaycan axtarış-xilasetmə qrupları ilk dəqiqələrdən etibarən sahədə idi. İndi isə daimi yaşayış evləri inşa edərək, Türkiyənin yükünü öz yükü hesab etdi: “Bu yanaşma sadəcə diplomatik nəzakət deyil, eyni millətin iki dövləti anlayışının təcəssümüdür. Prezidentlər…
Daha çoxÖzbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir
Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir. Biz özbək biznesinin bizim bazara böyük marağını müşahidə edirik. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib. “Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, – deyə nazir qeyd edib.
Daha çoxCənubi Qafqazda yeni nizam
Paşinyanın Türkiyəyə səfəri nə vəd edir? Ermənistanın baş nazir Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. Onu İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb. Axşam Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan daxildir. Səfər çərçivəsində Nikol Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşü də nəzərdə tutulub. Qeyd edək ki, bu səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti…
Daha çox“Azərbaycan” məhəlləsi – dostluq və həmrəylik simvolu
Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri Bu gün bəşəriyyətin çoxəsrlik tarixinin parlaq səhifələrindən birini bənzərsiz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir. İki ölkə arasında dünya miqyasında oxşarı olmayan unikal əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Həm Azərbaycan,…
Daha çoxBiz bu tarixi dönüşü alqışlamalıyıq
Azərbaycanın yaxın tarixində yeni bir səhifə açan “Böyük Qayıdış” proqramı təkcə strateji və iqtisadi baxımdan deyil, həm də mənəvi və emosional cəhətdən dərin təsirə malikdir. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasından sonra bu torpaqlara geri dönüş prosesi, yəni əsl mənada doğma yurda qayıdış artıq reallığa çevrilib. “Böyük Qayıdış” proqramı məhz bu dönüşün sistemli, təhlükəsiz və davamlı şəkildə həyata keçirilməsini təmin edən mühüm bir dövlət layihəsidir. Bu proqram təkcə insanların fiziki olaraq doğma yurdlarına köçürülməsi ilə məhdudlaşmır; o, həm də xalqın illərlə içində yaşatdığı vətən həsrətini, torpaq sevgisini, tarixə…
Daha çox