Azərbaycann xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas telefon danışığı zamanı İsrail-İran qarşıdurmasını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli…
Daha çoxDay: June 20, 2025
Dövlət Komitəsi “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, qurumun sədr müavini Fuad Hüseynov tədbirdə çıxış edərək qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. F.Hüseynov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir və bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib, məsul vəzifələr düşür. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi…
Daha çoxAzərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq
Avqustun 5-i və 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Avqustun 5-də keçiriləcək hərraca ümumi dəyəri 280 min 300 manat olan 75 nəqliyyat vasitəsi, avqustun 19-da isə ümumi dəyəri 389 min 200 manat olan 79 nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən…
Daha çox““Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyəyə etdiyi səfər və bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda Azərbaycan sərmayəsi hesabına inşa olunmuş “Azərbaycan Məhəlləsi”nin açılışında iştirakı, iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan və Türkiyə münasibətləri təkcə diplomatik və siyasi tərəfdaşlıqdan ibarət deyil, həm də qan qardaşlığı, tarixə, mədəniyyətə və mənəviyyata söykənən sarsılmaz bir bağdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Kahramanmaraşda yaradılan bu “Azərbaycan…
Daha çoxÖzbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir
Özbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini öyrənmək məqsədilə Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOBİA-da keçirilmiş görüşlərdə Özbəkistan nümayəndə heyəti üçün KOB sahəsində milli qanunvericilik, agentliyin fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB dostu” və KOB evi…
Daha çoxAzərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, seçkilər 2025-ci il iyunun 20-də UNESCO-nun mənzil-qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə” dair 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub. Məlumata görə, 2005-ci il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü vardır və üzvlərin səlahiyyət müddəti 4 ildir. Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub. İllik əsasda toplanan…
Daha çox“Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib
15 iyun 2025-ci il tarixində Moskva şəhərində “Bulbul” mobil tətbiqinin təqdimat mərasimi baş tutub. SİA xəbər verir ki, tətbiq, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olmuş “DAVAM – Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiqin yaradılması” layihəsi çərçivəsində hazırlanıb. “Bulbul” mobil tətbiqi xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək onların arasında mədəni, sosial və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Tətbiq, istifadəçilərə Azərbaycan mədəniyyəti, dili və aktual ictimai mövzular ətrafında ünsiyyət qurmaq, tədbirlər və təşəbbüslər barədə…
Daha çoxMəcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərə görə sığorta ödənişləri, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. M. Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.…
Daha çoxBaş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub
Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş…
Daha çoxEnergetika naziri Qusarda vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.
Daha çox