İsrail ordusu iyunun 20-də İran Müdafiə Nazirliyinin hərbi təlimlər üçün yeni texnologiyaların hazırlanması ilə məşğul olan Müdafiə İnnovasiyaları və Araşdırma Təşkilatının (SPND) qərargahını bombaladığını bildirib. SİA xəbər verir ki, İsrail hərbçiləri İrandakı onlarla hərbi obyektə, o cümlədən Tehran ətrafında yerləşən bir neçə raket istehsalı müəssisəsinə hücum ediblər. “Bu müəssisələr illərdir inkişaf etdirilib və İran Müdafiə Nazirliyi üçün əsas sənaye mərkəzi olub”, -deyə bəyanatda bildirilir. Bu arada, İsrailin Magen David Adom (MDA) təcili xidmətinin verdiyi məlumata görə, cümə günü səhər İrandan atılan raket Negev səhrasının cənubundakı Beyerşeva şəhərinə düşüb. Nəticədə beş…
Daha çoxDay: June 20, 2025
Türkiyənin su altı dünyasına səyahət
Türkiyə səyyahları təkcə füsunkar sahilləri ilə deyil, ilboyu büllur kimi şəffaf sularının altında gizlənən ecazkar aləmi ilə də valeh edir. SİA xəbər verir ki, zəngin biomüxtəlifliyə malik olan bu ölkənin sualtı dünyası – mərcan rifləri, rəngarəng balıqlar, dəniz tısbağaları, yosunlar və daha nələr-nələr – kəşf etməyə dəyər bir xəzinədir. Qayalıqların arasında uzanan rəngarəng riflər, sirli mağaralar və maraqlı tunellər dalğıcları tamamilə fərqli bir aləmə aparır. Bundan əlavə, Türkiyənin sularında bir zamanlar baş vermiş müharibələrin izlərini daşıyan batmış gəmilər və sirli qalıqlar da bu qeyri-adi təcrübəyə dramatik bir dərinlik qatır. İstər…
Daha çoxXXI Əsrin Qadınları İB Şamaxıda növbəti tədbir keçirib
XXI Əsrin Qadınları İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Qurbanların səsi” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emin Əsədov, Şamaxı Dövlət Regional Kollecin əməkdaşı Anar Süleymanov, XXI Əsrin Qadınları İB-nin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, müəllimlər və tələbələr iştirak edib. Tədbirdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati…
Daha çoxAzərbaycandan Avropaya indiyə qədər 50 milyard kubmetr qaz nəql edilib
Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib. Bildirilib ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin…
Daha çoxAzərbaycan uğurları ilə yeni tarix yazır
Azərbaycan aparılan düzgün və əsaslı siyasət nəticəsində yeni və möhtəşəm uğurlara imza atmaqdadır. Bu uğurların nəticəsi olaraq əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, sosial -iqtisadi vəziyyəti daha da yaxşılaşır. Uğurların pik nöqtəsinin 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi dövlətimizin gücünə yeni güc qatıb və dünya miqyasında böyük hörmət və nüfuz qazandırıb. Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən Azərbaycan bununla dünyanın azad, demokratik dövləti olduğunu nümayiş etdirir. Təbii ki, uğurlarımız hələ qabaqdadır. Hələ böyük zəfərlər, möhtəşəm uğurlara imza atılacaq. Bütün bu uğurlara görə Prezident İlham Əliyevə minnətdarlıq borcumuz…
Daha çoxBəzi sığorta şirkətləri niyə dəymiş ziyanın tamamını ödəmək istəmir?
“Sığorta sisteminin əsas məqsədi insanları və müəssisələri gözlənilməz risklərdən qorumaq və dəymiş zərərləri müəyyən çərçivədə qarşılamaqdır. Lakin bəzi hallarda sığorta şirkətləri baş vermiş hadisəyə görə ziyanın tam miqdarını ödəməkdən imtina edə bilirlər. Bu isə müxtəlif səbəblərlə bağlı ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əəsdov deyib. Onun sözlərinə görə, sığorta müqaviləsində qeyd olunan şərtlər çox önəmlidir. Müqavilədəki istisnalar, limitlər və digər texniki detallara əsasən, bəzi hallarda ödəniləcək məbləğ ziyanın real dəyərindən az olur: “Məsələn, əgər sığortalı şəxs avtomobilini bazar dəyərindən daha ucuz məbləğlə sığortalayıbsa, qəza zamanı şirkət…
Daha çox“Silahlı Qüvvələrimiz xalqımızın göz bəbəyi, qürur yerimizdir”
“Silahlı Qüvvələr Gününü artıq bir neçə ildir ki, qalib millət və qalib dövlət olaraq böyük qürurla bayram edirik” . Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib. O bildirib ki, ilk dəfə 26 iyun 1918-ci ildə milli ordunun yaradılmasına başlanıldı və qısa müddətdə böyük uğurlar əldə olundu. Cümhuriyyətin süqutundan sonra Azərbaycan hərbçilərinin böyük bir hissəsi 1920-ci ilin mayında Gəncə üsyanından sonra güllələndi, bir hissəsi isə sürgünə göndərildi. Azərbaycan diviziyasının yüksək rütbəli zabitləri isə 1920-ci illərin sonlarında repressiyalara məruz qaldılar. Sovet dövründə Azərbaycanın Müdafiə Nazirliyi mövcud deyildi. Müdafiə, təhlükəsizlik və xarici…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış…
Daha çoxAzərbaycandakı Aqrar Biznes Festivallarında 8 milyon manatlıq məhsul satılıb
Son bir ildə Azərbaycanda keçirilmiş Aqrar Biznes Festivallarında ümumi dəyəri təxminən 8 milyon manat olan məhsul satılıb. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib. O qeyd edib ki, müxtəlif bölgələrlə təşkil olunmuş bu festivalların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarını və onların potensial müştərilərini bir araya gətirmək, əməkdaşlıq imkanları yaratmaqdır: “Bu proses artıq praktik nəticə verib, özünü doğruldub. Bütün ölkə üzrə, o cümlədən 14 iqtisadi rayonun hər birində – ümumilikdə 66 Aqrar Biznes Festivalı təşkil edilib. Burada həm kənd təsərrüfatı məhsulları, həm…
Daha çox“Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı əbədi qardaşlığın ifadəsidir”
“2023-cü ildə fevralın 6-da dəhşətli zəlzələ nəticəsində tamamilə dağılmış Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin sarsılmaz, əbədi dostluğunun bir daha aydın ifadəsidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xatırladıb ki, zəlzələnin baş verdiyi ilk andan Azərbaycan Türkiyənin yanında olduğunu nümayiş etdirdi və xalqımız qardaşlarımızın dərdinə şərik olduğunu bildirməklə öz əməli köməyini göstərdi. “Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına dərhal mindən çox heyət, axtarış-xilasetmə üzvləri, könüllülər, həkimlər, mütəxəssislər…
Daha çox