Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

2024-cü ildə dünyada birbaşa xarici investisiyaların həcmi 11 faiz azalıb

2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) 11 faiz azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi. SİA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir. Qeyd olunur ki, BXİ ikinci ildir ardıcıl olaraq azalır. “Bu il də bərpa gözlənilmir. Buna səbəb ölkələr və şirkətlər arasında narahatlıq və qeyri-müəyyənliyi artıran ticarət müharibələri və silahlı münaqişələrdir” – deyə BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib. Hazırda transmilli korporasiyalar uzunmüddətli strategiyalardan çox…

Daha çox

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10°…

Daha çox

70 min sakin təxliyə edildi

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib. SİA xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb…

Daha çox

İspaniya NATO-nun hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq təklifini rədd edib

İspaniya hökuməti NATO-nun baş katibi Mark Rüttenin qarşıdakı sammit ərəfəsində müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması ilə bağlı müraciətini rədd edib. SİA İspaniyanın RTVE telekanalına istinadla xəbər verir ki, bu barədə krallığın Baş naziri Pedro Sançes məktubla məlumat verib. O, belə bir öhdəliyin yalnız əsassız deyil, həm də əks-təsirli ola biləcəyini bildirib. Baş nazirin fikrincə, hər bir NATO üzvü bu cür xərclərə hazır olub-olmadığına özü qərar verməlidir. Bununla yanaşı, Sançes İspaniyanın NATO qarşısında tam sadiqliyini vurğulayıb və ölkəsinin “qarşıdakı illərdə öz öhdəliklərini yerinə yetirməyə davam edəcəyini”…

Daha çox

Türkiyə regionda gərginlik fonunda dövlət sərhədinin mühafizəsinə dair tədbirləri gücləndirib

Türkiyə İran və İsrail arasında gərginliyin artması fonunda hava məkanının qorunması da daxil olmaqla dövlət sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib. SİA bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir. Türkiyə Müdafiə Nazirliyi tərəfləri regionda qarşıdurmanın miqyasını genişləndirən addımlardan çəkinməyə çağırıb. Eyni zamanda, Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulması ilə bağlı iddiaları təkzib edib. “Türkiyənin çoxsəviyyəli hava hücumundan müdafiə sistemi var. Türkiyə Hərbi Hava Qüvvələri hava məkanının pozulması ilə bağlı hər hansı insidentin qarşısını almaq üçün reydlər keçirir”, – deyə nazirlik əmin edib. Nazirlik onu da bildirib ki, regionda vəziyyətin gərginləşməsi…

Daha çox

İsrail İranın nüvə reaktoruna zərbələr endirir

İranın Ərak şəhərində nüvə reaktoru və kompleksin yaxın əraziləri İsrailin zərbələrindən sonra zədələnib. SİA xəbər verir ki, bu barədə BBC Rus Xidməti “Maxar Technologies”in peyk görüntülərinə istinadla məlumat yayıb. Bildirilib ki, reaktorun günbəzi zədələnib, strukturun yuxarı hissəsində dəlik müşahidə olunub. Kompleksin bir neçə qülləsi və digər obyektləri də zədələnib. Münaqişənin hər iki tərəfinin Ərakda baş verən zərbə faktını təsdiqlədiyi vurğulanır. Bundan əvvəl Axios mənbələrə istinadən xəbər verib ki, ABŞ İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura bilər.

Daha çox

SEPAH-ın yeni kəşfiyyat rəisi o təyin edildi

General Məcid Xademi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin yeni rəhbəri təyin edilib. SİA xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb. O, İsrailin hava hücumları nəticəsində həlak olan Məhəmməd Kazımini əvəz edib. Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlamışdı.

Daha çox