Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

Daha çox

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib. SİA xəbər verir ki, tədbirdə 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Təşəkkür edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik…

Daha çox

Azərbaycanda bu bankların əmlakları hərraca çıxarılır

İyulun 1-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də “Atabank” ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. SİA xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,9 kv.metrlik və “Atabank”a məxsus Yevlax şəhəri, Nizami prospektindəki dəyəri 400 min manat olan 320,65 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki dəyəri 260 min…

Daha çox

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,14 dollar azalaraq 76,71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar azalaraq 75 dollar təşkil edib.

Daha çox

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov…

Daha çox

İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür

Dünya ictimaiyyəti hər il iyunun 20-də BMT Baş Assambleyası tərəfindən 2000-ci ildə təsdiq edilmiş Ümumdünya Qaçqınlar Gününü qeyd edir. SİA xəbər verir ki, BMT-nin təşəbbüsü ilə 2025-ci ildə bu mühüm tarix “Qaçqınlarla həmrəylik” devizi altında keçirilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yeni məlumatlarına görə, təqib, zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində dünya miqyasında didərgin düşmüş 123 milyon insanın 42,7 milyonu sərhədləri aşmış qaçqınlardır. Bu humanitar fəlakətin qaynar nöqtələrinə Sudan, Suriya, Əfqanıstan, Ukrayna və Fələstin daxil olsa da, köçkünlük dünyanın hər bir bölgəsinə təsir edir. Qaçqınlıq həm də bəşəriyyətin…

Daha çox

Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb

Bakıda fəaliyyət göstərən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: – obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; – obyektin elektrik təsərrüfatı…

Daha çox

Ramin Məmmədov kənd məscidlərini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar şəhəri “Mustafa Kazdal” və Həsənqala kənd məscidlərini ziyarət edib. SİA xəbər verir ki, komitə sədri din xadimləri ilə söhbətində Prezident İlham Əliyev tərəfindən dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olunduğunu, bütün dinlərə hörmətlə yanaşıldığını, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərildiyini deyib. Dövlət dəstəyinin din xadimlərinin üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmələrində mühüm rol oynadığını bildirən Ramin Məmmədov harmoniya və mənəvi vəhdətin nümunəvi dövlət-din münasibətlərinin…

Daha çox

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

İyunun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Daha çox