Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçiriləcək Məhsul Festivalları vahid konsepsiya ilə təşkil olunacaq və ümumilikdə 9 iqtisadi rayonu əhatə edəcək. SİA xəbər verir ki, bunu Mərkəzin direktoru Anar Cəfərov bildirib. “Festivalların keçirilməsində əsas məqsəd regionların regionların turizm potensialının tanıdılması, yerli kənd təsərrüfatı məhsullarının təqdim olunması, fermer və istehsalçıların dəstəklənməsi, eyni zamanda ictimai marağın və ticarət imkanlarının artırılmasıdır. Bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına, bölgələrdə milli-mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer…
Daha çoxDay: June 20, 2025
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə iki idarə rəisi təyin edilib. SİA xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən Hacıyev İsfəndiyar Ruslan oğlu Təşkilati və informasiya təminatı idarəsinin, Eyvazov Natiq Zöhrab oğlu Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi təyin olunublar.
Daha çoxBölgələrdə Məhsul festivallarına start verilir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq. SİA xəbər verir ki, festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Eyni zamanda, bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus…
Daha çoxPrezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib. SİA xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun Azərbaycana səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir. Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd etdi ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə…
Daha çoxİsrail hücumları dayanmadan danışıqlar mümkün deyil
İsrailin İrana qarşı hava zərbələri davam etdiyi müddətdə Tehran heç bir ölkə ilə danışıqlara hazır deyil. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ bu müddətdə İrana danışıqlarla bağlı bir neçə mesaj göndərib. Lakin İsrailin hücumları davam etdiyi bir şəraitdə diplomatiyadan danışmaq mümkün deyil”,- məlumatda deyilir.
Daha çox“Kazinoların leqallaşdırılması dövlət büdcəsini artırmaq baxımından əhəmiyyətlidir”
“Son illərdə turizmin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biri kimi ön plana çıxır. Bu baxımdan kazinoların açılması məsələsi cəmiyyətin müxtəlif təbəqələrində və iqtisadi dairələrdə maraq doğuran mövzulardandır. Bu addım bir sıra sahələrdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadiyyatçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, ilk növbədə, kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər. Dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir: “Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta…
Daha çoxÖzbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır. SİA xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Onun sözlərinə görə, Özbəkistan dövlətinin başçısı Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.
Daha çoxIFC-nin Cənubi Qafqaz üzrə regional menecerinin missiyası başa çatıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarteni qəbul edib. SİA xəbər verir ki,bu barədə AMB-yə istinadən xəbər verir. “2021-ci ilin iyun ayından bu vəzifədə çalışan xanım Duarte missiyasını uğurla tamamlayır. Görüş zamanı sədr ölkədə və regionda IFC-nin fəaliyyətinə verdiyi dəyərli töhfələrə və məhsuldar əməkdaşlığa görə ona təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb”, – deyə məlumatda qeyd olunub.
Daha çoxAzərbaycan uğurları ilə yeni tarix yazır
Azərbaycan aparılan düzgün və əsaslı siyasət nəticəsində yeni və möhtəşəm uğurlara imza atmaqdadır. Bu uğurların nəticəsi olaraq əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, sosial -iqtisadi vəziyyəti daha da yaxşılaşır. Uğurların pik nöqtəsinin 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi dövlətimizin gücünə yeni güc qatıb və dünya miqyasında böyük hörmət və nüfuz qazandırıb. Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən Azərbaycan bununla dünyanın azad, demokratik dövləti olduğunu nümayiş etdirir. Təbii ki, uğurlarımız hələ qabaqdadır. Hələ böyük zəfərlər, möhtəşəm uğurlara imza atılacaq. Bütün bu uğurlara görə Prezident İlham Əliyevə minnətdarlıq borcumuz…
Daha çox“Uşaqlara erkən yaşlardan etibarən yol hərəkəti mədəniyyəti öyrədilməlidir”
“Müasir dövrdə yol hərəkəti qaydalarına riayət olunmaması, xüsusilə də piyadaların piyada keçidindən istifadə etməməsi nəticəsində baş verən qəza halları cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu cür məsuliyyətsizlik bəzən insanların həyatına son qoyur, bəzən isə ağır xəsarətlərlə nəticələnir. Bu səbəbdən həm dövlət qurumları, həm də vətəndaşlar bu problemin qarşısını almaq üçün birlikdə səylə çalışmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, əvvəlcə bu problemin əsas səbəblərinə nəzər salmaq lazımdır. Əhalinin bir qismi, xüsusilə də yaşlı və azyaşlı şəxslər piyada keçidinin nə…
Daha çox