Ərdoğanla Paşinyanın görüşü başlayıb…





Ortaq sərhədə baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur.



…Artıq xəbər verildiyi kimi, erməni Baş nazir Nikol Paşinyanın olduğu təyyarə iyunun 20-də səhər saatlarında İstanbul Beynəlxalq Hava Limanına enib və onu Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

SİA-nın məlumatına görə, Ermənistan hökumətinin mətbuat xidməti görüşün görüntülərini yayıb.

Onlar Paşinyanın Türkiyəyə “işgüzar səfərə” gəldiyinə aydınlıq gətiriblər. Baş nazir gün ərzində yerli erməni icmasının nümayəndələri ilə, axşam saatlarında isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ermənistan nümayəndə heyətinə Paşinyandan başqa 12 nəfər daxil olub. Xüsusilə, baş naziri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Yerevan və Ankara arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

…Ortaq sərhədə baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur.

2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirliklərinin rəhbərləri diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalasalar da, sənədlər ratifikasiya olunmayıb. 2018-ci ilin martında İrəvan onların ləğvini elan etdi.

2023-cü ilin iyununda Paşinyan prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

2025-ci il iyunun əvvəlində Paşinyanla Ərdoğan arasında telefon danışığı olub.

Siyasətçilər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər…

…VƏ İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Paşinyan və Ərdoğan əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr davam edəcək.

Bir daha qeyd edək ki, iyunun 20-də N.Paşinyan Türkiyə Prezidentinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

Əli Babayev

Əlaqəli Xəbərlər