Somalinin cənubundakı Aşağı Cuba əyalətində keçirilən hərbi əməliyyatda “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “əş-Şəbab” silahlı qruplaşmasının 25 üzvü öldürülüb. SİA yerli mediaya istinadla xəbər verir ki, öldürülənlər arasında qruplaşmanın liderləri də var. Həmçinin qeyd edilir ki, qruplaşma üzvlərinin mülki şəxsləri hədəf almaq üçün istifadə etdiyi mühüm bazalar və döyüş maşınları məhv edilib. Hərbi əməliyyat planlı şəkildə Aşağı Cuba əyalətinin Bullo Hacı bölgəsi yaxınlığında həyata keçirilib.
Qeyd edək ki, Somali qüvvələri on ildən artıqdır çox sayda mülki şəxsin və təhlükəsizlik qüvvələri əməkdaşının həyatına son qoymuş hücumlara görə məsuliyyət daşıyan “əş-Şəbab” qruplaşması ilə mübarizə aparır. Son aylar ərzində ordu qruplaşmanın nəzarətində olan bir sıra əraziləri geri almağa müvəffəq olub.