“Şamaxı”nın məşqçisi ilə bağlı şikayət qismən təmin edilib


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin “Şamaxı”nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarını əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edib. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Belə ki, AFFA U-15 Liqasında, “Şamaxı” – “Metak” matçında meydan sahiblərinin adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd hesab edilib.

Bununla belə, Vüqar Süleymanov 6 oyun diskvalifikasiya olunub, “Şamaxı” 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.

Əlaqəli Xəbərlər