Bu gün Qəbələ Beynəlxalq Hava Limanına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən ilk birbaşa reys gəlib. SİA-nın məlumatına görə, reys Əbu-Dabi-Qəbələ-Əbu-Dabi marşrutu üzrə yeni istiqamət açan Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” tərəfindən həyata keçirilib.
Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. İlk uçuş iyunun 19-da baş tutub.
Birbaşa hava əlaqəsinin açılması Azərbaycanın regionlarına turist axınının inkişafına töhfə verir.
Dövlət Turizm Agentliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkəyə 979 963turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə may ayında Azərbaycan 264 079 xarici qonaq qəbul edib ki, bu da bir il öncəki göstəricidən 2 % çoxdur.