Almaniya, Fransa və Böyük Britaniyanın XİN rəhbərləri İranın xarici işlər naziri Abbas Əraqçi ilə nüvə məsələləri ilə bağlı danışıqlar aparacaqlar. SİA “Reuters”ə istinadən xəbər verir ki, görüş cümə günü, iyunun 20-də Cenevrədə baş tutacaq. Danışıqlar Almaniya konsulluğunda avropalı nazirlərin görüşü ilə başlayacaq. Daha sonra İran tərəfi ilə birgə məsləhətləşmələr aparılacaq.
Daha çoxDay: June 19, 2025
Zelenski ilə görüşə hazıram
Biz Ukrayna ilə danışıqları davam etdirməyə hazırıq. SİA xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. “Mən hamı ilə, həmçinin Zelenski ilə görüşə hazıram. Məsələ sənədləri kimin imzalayacağıdır”, – Putin qeyd edib
Daha çoxRusiya və Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üzərində işləyir
İyunun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb. TASS tərəfindən təşkil olunan görüşdə 13 ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib. AZƏRTAC-ın İdarə Heyəti sədrinin Xəzərin dayazlaşması ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin qeyd edib ki, Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli üzrə birgə iş aparır. Rusiya dövlətinin başçısı deyib: “Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm.…
Daha çoxİran telekanalları xalqı üsyana çağırdı
İran televiziya və radiosu İsrailin kiberhücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq ölkə əhalisinə xəbərdarlıq edilib: “Müxtəlif televiziya kanallarına baxarkən müdaxilə və ya uyğun olmayan mesajlar görürsünüzsə, bu, düşmənin peyk dalğalarına müdaxiləsi ilə bağlıdır”. Qeyd edək ki, kiberhücumdan sonra televiziya kanallarında rejimə qarşı ayağa qalxmağa çağırışlar yer alıb.
Daha çoxPutin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib
“İsrail və İran arasında mövcud münaqişənin dayandırılması yolları bütün tərəflərin iştirakı ilə aparılmalıdır”. SİA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib. Rusiya lideri hər iki tərəfin maraqlarını təmin edən həll yollarının tapılmasının vacibliyini vurğulayıb. Putin qeyd edib ki, bu həllər eyni zamanda İranın sülh məqsədli nüvə energetikasını inkişaf etdirmək hüququnu tanımalı, həm də İsrailin yəhudi dövləti kimi təhlükəsizliyinə təminat verməlidir. “Bu, çox incə bir məsələdir və ona son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Lakin mənim fikrimcə, ümumilikdə belə bir həll mümkündür”,…
Daha çoxVladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb
“Qazaxıstan Rusiya üçün ən yaxın dövlətlərdən biri və etibarlı müttəfiqdir”. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib. Qazaxıstanlı jurnalistin sualını cavablandırarkən Rusiya dövlət başçısı iki ölkə arasında münasibətlərin enerji və logistika sahəsindən tutmuş humanitar, təhsil, hüquq-mühafizə və müdafiə sahələrinədək bütün istiqamətlərdə hərtərəfli inkişaf etdiyini vurğulayıb. Vladimir Putin xatırladıb ki, tarixən Qazaxıstana qaz tədarükü Rusiyadan həyata keçirilib və hazırda Prezident Kasım-Jomart Tokayevlə bu sahədə tərəfdaşlığın genişləndirilməsi və üçüncü ölkələrin bazarlarına birgə çıxış imkanları müzakirə olunur. O, həmçinin bildirib ki,…
Daha çoxİsrailin 60 qırıcısı Tehranda hərbi hədəfləri vurdu
İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda 20 hərbi hədəfə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hücum hədəfləri arasında silah istehsalı, elmi tədqiqat və təcrübə-konstruktor obyektləri olub. “Bu obyektlər İranın nüvə silahı istehsal etmək üçün uranın zənginləşmə miqyasını və sürətini genişləndirməsinə imkan vermək məqsədi daşıyırdı”, – deyə qeyd edilib.
Daha çox“Qızıl böyük investorları cəlb edir…”
Qlobal qızıl ehtiyatları 1971-ci ildən bəri ən yüksək səviyyəyə çatıb… …İsrail və İran arasında müharibə ilə bağlı artan geosiyasi gərginlik fonunda böyük investorlar təhlükəsiz sığınacaqlar, ilk növbədə qızıl axtarırlar. Onun qiyməti bir unsiya üçün 3400 dollara çatıb ki, bu da bir ay əvvəlkindən 6 faiz çoxdur. Bu artım 2024-cü ilin tendensiyalarını davam etdirir. SİA-nın məlumatına görə, bunu National Review yazır. Qızılın bahalaşmasının səbəblərindən biri də ABŞ dollarının məzənnəsinin dəyişməsidir. İnvestorlar getdikcə daha çox alternativ aktivləri – qızıl və İsveçrə frankı seçirlər. Sonuncu dollara nisbətdə 11…
Daha çoxsüni intellekt artıq yeni peşələr yaradır…
Doqquz milyon iş yeri yox olacaq, lakin neyron şəbəkələr 11 milyon yeni iş yeri yaradacaq..? …Süni intellekt əmək bazarını sürətlə dəyişməyə davam edir. Bəzi peşələr yox olmaq təhlükəsi qarşısında olduğu halda, hələ mövcud olmayan digərləri aktuallıq qazanmağa başlayır. SİA-nın məlumatına görə, bu barədə “The New York Times” yazır. Dünya İqtisadi Forumunun son hesabatına görə, süni intellekt və digər texnologiyalar 2030-cu ilə qədər 9 milyona yaxın işi əvəz edəcək. Lakin eyni zamanda yeniləri də yaranacaq – təxminən 11 milyon..? İnsanın rolunun əvəzsiz qalacağı əsas sahələr: inam,…
Daha çoxRusiya yeni durğunluqla üz-üzədir…
Ölkədə durğunluq iqtisadiyyatı formalaşıb… …2023-2024-cü illərin təsirli iqtisadi artım rəqəmləri keçmişdə qaldı. İqtisadiyyat nəinki əhəmiyyətli dərəcədə yavaşladı, həm də onu yenidən davam etdirəcək heç bir əlamət yoxdur. Hakimiyyətə yaxın olan CMACS analitik mərkəzinin ekspertləri makroiqtisadi tendensiyaların icmalında yazır və belə qənaətə gəlirlər: “Aydın “artım sürücüləri” yoxdur: əmək haqqının, əhalinin gəlirlərinin və istehlakının artımı, mənzil tikintisi və idxalın əvəzlənməsinin birləşməsinə əsaslanan model artıq işləmir”. Bənzər bir şey əvvəllər də olub. Krımın ilhaqından və ilk sanksiyalardan sonra Rusiya iqtisadiyyatı 10 il ərzində orta hesabla ildə 1,1 faiz,…
Daha çox