Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 0,48 % azalaraq 1,9559 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,13 % azalaraq 2,1627 manat təşkil edib. edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9559 100 Rusiya rublu 2,1627

Daha çox

İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib

Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın nüvə silahı proqramına zərər vurmaq səyləri çərçivəsində Tehranda sentrifuqa istehsalı müəssisəsinə hücum edilib. Kütləvi hücumlar zamanı bir neçə silah istehsalı obyektinə, xüsusən də Tehranın İsrail dövlətinə doğru atdığı və atmaqda davam edən “yer-yer” raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyektə zərbələr endirilib.

Daha çox

Quba, Qusar və Xaçmazda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, “Azərişıq”dan verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyasında bu gün profilaktik təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Daha çox

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib

Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.Bu barədə SİA Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir. Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb. Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.

Daha çox

İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edildi

“İsrailin şimalında “düşmən təyyarələrinin” ölkənin hava məkanına daxil olması ilə bağlı xəbərdarlıq edilib”. SİA xəbər verir ki, bu barədə “X”də İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Digər təfərrüatlar verilməyib. Paylaşıma əlavə edilmiş xəbərdarlıq xəritəsi Nazaret, Tiberias və Tiberias gölünün şimalındakı ərazilərdə təhlükə olduğunu göstərir.

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Daha çox

Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-də aparıcı beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə ənənəvi görüş keçirəcək. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, görüş axşam saatlarında “sual-cavab” formatında keçiriləcək və Rusiya Federasiyasının daxili və xarici siyasətinə, həmçinin beynəlxalq arenadakı əsas hadisələrə həsr olunacaq. Uşakov qeyd edib ki, bu cür görüşlər adətən beynəlxalq mediada böyük maraq və geniş rezonans doğurur. Tədbir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçiriləcək və onun təşkilatçısı yenidən TASS informasiya agentliyi olacaq.

Daha çox

Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 40 ailə – 154 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman…

Daha çox

Bu gün hava necə olacaq?

Azərbaycanda iyunun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,…

Daha çox

Kiyevdən Rusiya ilə bağlı bəyanat

Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi, onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyay təzyiqi artırmağı tələb edir. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib. Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf aldılar: “Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq sülh səylərinə, xüsusən də ABŞ-ın…

Daha çox