Çin İrandan çoxlu sayda vətəndaşını təxliyə edir


Çin Xarici İşlər Nazirliyi 791 Çin vətəndaşının İrandan təxliyə edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bu gün keçirdiyi növbəti mətbuat konfransında İran və İsraildəki Çin vətəndaşlarının təxliyyə prosesi ilə bağlı məlumat verib.

Quo bildirib ki, Xarici İşlər Nazirliyi və Çinin İrandakı səfirliyi və konsulluqlarının koordinasiyası və regiondakı bəzi qonşu ölkələrin fəal dəstəyi ilə indiyədək 791 Çin vətəndaşı təhlükəsiz şəkildə təxliyə edilib.

Quo Jiakun bildirib ki, Xarici İşlər Nazirliyi və Çinin xaricdəki nümayəndəlikləri vətəndaşların təhlükəsizliyi və təxliyyəsi üçün hər cür dəstəyi davam etdirəcək.

Əlaqəli Xəbərlər