Britaniyanın müdafiə naziri Con Healey Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələri Yaxın Şərqə yerləşdirdiklərini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyanın müdafiə naziri Con Healey Kral Birləşmiş Xidmətlər İnstitutunda keçirilən konfransda gündəmlə bağlı açıqlama verib.
Healey “İrandan gələn hər hansı bir təhlükədən” daha yaxşı qorunmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə təyyarələr yerləşdirdiklərini bildirib.
İngilis döyüş təyyarələrinin Yaxın Şərqə gəlməyə başladığını qeyd edən Healey, önümüzdəki günlərdə daha çox təyyarənin göndəriləcəyini qeyd edib. Healey bildirib ki, təyyarələr “heyəti qorumaq, tərəfdaşları sakitləşdirmək və gərginliyin azaldılmasına təcili ehtiyacı gücləndirmək” üçün operativ cavab olaraq göndərilib.