Ataları ilə yaxşı münasibətdə olan dişi babunlar daha uzun yaşayırlar


ABŞ və Keniyadan olan tədqiqatçılar, ataları ilə yaxşı münasibətdə olan dişi babunların yaxşı münasibətləri olmayanlardan 2-4 il daha çox yaşadıqlarını aşkar ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatındakı Notr-Dam Universiteti və Keniyadan olan tədqiqatçılar Keniyada 102 erkək babun və 216 dişi babun arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar diqqəti dişi balalar üzərində cəmlədiklərini, çünki kişi balaların yetkinləşdikcə tez-tez sosial qrupları dəyişdirdiklərini və araşdırmanı çətinləşdirdiyini qeyd ediblər. Tədqiqatçılar dişi babunların ataları ilə bir-birlərinə baxma tezliyini və həyatlarının ilk dörd ilində eyni sosial qrupda keçirdikləri vaxtı izləyiblər və dişi babunların böyüklər kimi nə qədər yaşadıqlarına diqqət yetiriblər. Müvafiq olaraq, tədqiqatçılar ataları ilə eyni qruplarda daha uzun müddət yaşayan və həyatlarının ilk dörd ilində bir-birləri ilə daha çox vaxt keçirən dişi babunların yetkinlik dövründə digər dişilərə nisbətən 2-4 il daha çox yaşadıqlarını müəyyən ediblər.

Tədqiqatçılar dişi babunların orta ömrünün 18 il olduğunu, təxminən hər 18 aydan bir babunların 2-4 ildə bir dəfə doğula bildiyini qeyd ediblər. Tədqiqatçılar bildiriblər ki, gənc dişilərlə ataları olmayan digər yetkin erkək babunlar arasındakı münasibətlərin onların ömrü ilə heç bir əlaqəsi yoxdur. Araşdırmanın nəticələri “Proceedings of the Royal Society B” jurnalında dərc olunub.

Əlaqəli Xəbərlər