İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənub-qərbində İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarəni vurub. SİA xəbər verir ki, bu barədə İranın “MehrNews” agentliyi məlumat yayıb. İran tərəfinin məlumatına görə, təyyarə Çaharmahal və Bəxtiyari əyaləti üzərində vurulub. Təyyarənin pilotu katapult etməyi bacarıb. İndi onu əsir götürmək üçün axtarırlar. Tehranın məlumatına görə, bu, iyunun 13-dən bəri vurulan ikinci İsrail qırıcısıdır. Lakin Qərbi Qüdsdə məhv edilmiş “F-35” və əsir götürülən İsrail pilotu ilə bağlı əvvəlki xəbərlər təkzib edilib. Ümumilikdə İran hava hücumundan müdafiə qüvvələrinin beş il ərzində beş İsrail hərbi təyyarəsini vurduğunu iddia…
Daha çoxDay: June 18, 2025
Hava məkanı daha bir gün bağlı qalacaq
İraq ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qoyulan qadağanı daha bir gün uzadıb. SİA xəbər verir ki, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan Bağdad Uçuş İnformasiya Bölgəsinə nəzarət xidməti məlumat yayıb. Beləliklə, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar iyunun 13-nə keçən gecə uçuşların dayandırıldığı hava məkanı altıncı gün də bağlı qalacaq.
Daha çoxİsrail ölkədəki əcnəbilər üçün viza müddətini uzatdı
İsrail ölkədəki əksər əcnəbilərin viza müddətini uzadıb. SİA xəbər verir ki, bu haqda İsrail Miqrasiya İdarəsi bəyanat yayıb. Miqrasiya İdarəsinin bəyanatında deyilir ki, İrana qarşı hərbi əməliyyatların başlandığı vaxtda qanuni olaraq İsraildə olan əcnəbi vətəndaşlar üçün viza avtomatik olaraq cari ilin 30 sentyabrına qədər uzadılıb. Bu uzadılma turist, iş, könüllü, tələbə və bir sıra digər vizalara təsir edəcək. Qeyd olunur ki, bütün sənədlər avtomatik olaraq uzadılır, ona görə də Daxili İşlər Nazirliyinin idarələrinə getməyə ehtiyac yoxdur.
Daha çoxDGK-nın Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər
İyunun 17-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar Tibb İşçilərinin Peşə Bayramı Günü Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb və Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. SİA xəbər verir ki, sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə…
Daha çoxMilli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür. SİA xatırladır ki, onun şəhidlik zirvəsinə yüksəlməsindən 15 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu…
Daha çoxTramp İranla danışıqlardan imtina etdi
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə təyin olunmuş yerdə İranla danışıqlar aparmaq planından imtina edib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Tramp hələlik yüksək vəzifəli məmurları iranlılarla görüşmək və razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdəki qarşılıqlı razılaşdırılmış yerə göndərməkdən imtina edib”, – deyə telekanal bildirib. CNN mənbələrinin məlumatına görə, Tramp indi əvvəlki mövqeyindən uzaqlaşaraq daha şahin mövqeyə keçir və İsrailin İrandakı əməliyyatına qoşulmaq ideyasını ciddi şəkildə düşünməyə başlayıb. Qeyd edilib ki, İranın bəzi addımları Trampı yenidən danışıqlara qayıtmağa sövq edə bilər. Bundan əvvəl Tramp Yaxın Şərqdəki vəziyyətlə…
Daha çoxAvstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri ilə görüşdə iqtisadi-ticarət, enerji, sənaye, texnologiya və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri Volfqanq Hatmansdorfer ilə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından vacib olduğu vurğulanıb. Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdikləri qeyd olunub. Ticarət və investisiya əlaqələrinin inkişafında…
Daha çoxABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem təcili xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə CNN ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trisia Maklaflinə istinadla məlumat yayıb. “Noemi çərşənbə axşamı təcili yardım maşını il Vaşinqtondakı xəstəxanaya çatdırıb. Xəstəxanaya yerləşdirilməsinin səbəbi allergik reaksiya olub. Nazir ehtiyat tədbiri olaraq tibb müəssisəsinə aparılıb. Onun huşu yerindədir və vəziyyəti yaxşılaşır, – deyə Maklaflin bildirib.
Daha çoxMəzun qız müharibədə həlak olmuş atanın gödəkçəsi ilə vals ifa edib…
Bununla bağlı ürək parçalayan video yayımlanıb… …Ukraynada, Karpat bölgəsində məzun Kristina Marçuk müharibədə həlak olan atasının gödəkçəsi ilə vals ifa edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə NV məlumat yayıb. Məzunların məktəbin başa çatması ilə bağlı təntənəli tədbirdə ifa etdikləri ənənəvi rəqs Kristinanın atası ilə bölüşə bilmədiyi bir şey idi, çünki o, Ukraynanı müdafiə edərkən həlak olub. Belə ki, qız pencəyi əlinə alıb, göz yaşları içində rəqs edib. Rəqsin sonunda sinif yoldaşları məzuna dəstək olublar. …Kristina İvano-Frankivsk vilayətinin Delyatın şəhərindəki 3 saylı…
Daha çoxTəchizat kəsilərsə, ABŞ-ın nefti kifayət edəcəkmi?
Amerikalıların strateji ehtiyatı var… …Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən mümkün tədarük pozulmalarına cavab vermək üçün kifayət qədər neft ehtiyatına malikdir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Atlantic Council” yazır. ABŞ-ın Strateji Neft Ehtiyatında (SPR) 402 milyon bareldən çox xam neft var ki, bu da 23,8 həftəlik xalis idxalı ödəməyə kifayət edir. Qeyd edilməlidir ki, bu 2009-cu ildən bəri 17,1 həftəlik orta göstəricidən xeyli yüksəkdir. Fiziki ehtiyatlar son 30 ildə ən aşağı səviyyədə olsa da, ABŞ-da neft hasilatının artması və idxalın azalması ölkənin…
Daha çox