“Tərəvəzlər sağlam qidalanmanın ayrılmaz hissəsidir. Onların tərkibində müxtəlif vitaminlər, minerallar, lif və antioksidantlar mövcuddur. Ancaq tərəvəzlərin faydalılığı onların necə qəbul olunmasından – bişmiş, yoxsa çiy halda yeyilməsindən – asılı olaraq dəyişə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, bəzi tərəvəzlər var ki, bişirildikdə daha faydalı olur. İstilik təsiri nəticəsində bu tərəvəzlərin tərkibindəki bəzi maddələr daha aktiv hala keçir və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Məsələn, pomidor bişdikdə onun tərkibindəki likopen adlı güclü antioksidantın miqdarı artır: “Bu maddə ürək xəstəliklərinə və bəzi növ xərçənglərə…
Daha çoxDay: June 17, 2025
Bakıda vətəndaşın evini qanunsuz sökdürməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb
Bakıda vətəndaşın evini qanunsuz sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-də iş icraçısı olmuş Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Əlisahib Əzizova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Əlisahib Əzizova 4 il müddətinə şərti cəza verilib. Daha sonra dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi Əlisahib Əzizovun cəzasını ağırlaşdıraraq…
Daha çoxMəcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək
İyunun 20-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsəndə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, vətəndaş qəbulu Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında baş tutacaq. Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Daha çox“Ölkələrdə baş verən siyasi gərginlik turizmin statistikasına ciddi təsir göstərir”
“Bir çox ölkələrdə baş verən siyasi gərginlik, müharibə turizmin coğrafi mövqeyinə ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Onun sözlərinə görə, belə ki müharibə dövründə, yəni Rusiya- Ukrayna, İran-İsrail kimi ölkələrin müharibə apardığı dövrdə Azərbaycanın 10 milyonluq əhalisinin mehriban şəraitdə yaşaması turistlərin marağına səbəb olur: “Hesab edirəm ki, bu gün ölkəmizə Gürcüstandan yaxud başqa ölkələrdən gələn turistlər, müharibə edən ölkələri yox, Azərbaycana üstünlük verməsi statistikadan məlumdur. Bu gün Azərbaycanda siyasi sabitlik, həmçinin siyasi asayişin yüksək səviyyədə qorunub saxlanması əsasə verir ki, ölkəyə gələn turist…
Daha çoxAzərbaycan və ICAO Aktaudakı təyyarə qəzasına dair araşdırmaların gedişatını müzakirə edib
Fransanın paytaxtı Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, görüşdə ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici…
Daha çoxİlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı. Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu. Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları…
Daha çoxProkrastiniya xəstəlik deyil
“Gecikmə, vacib olan işləri sonraya saxlamaq, vaxtdan səmərəli istifadə etməmək deməkdir. Bu proses zamanı insan zamanını nə dincəlməyə, nə də işləməyə sərf edir. Misal olaraq, tələbə imtahana hazırlaşmaq əvəzinə telefonla oynayır, kompüterin arxasında oturur, yemək yeyir və s. Prokrastiniya xəstəlik deyil, lakin müalicə tələb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildib. Onun sözlərinə görə, bu sindrom anadangəlmə deyil, sonradan yaranır. Buna səbəb olan faktorlar: 1.Sevmədiyiniz məşğuliyyət: iş, təhsil və digər məşğul olmaq istəmədiyiniz işlər. 2. Vaxtdan düzgün istifadə etməmək. 3. Məqsədsiz…
Daha çoxAzərbaycan XİN İslandiyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İslandiyanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “İslandiyanı Milli Günü münasibətilə təbrik edirik!”, – paylaşımda qeyd edilib.
Daha çoxSerial çəkmək, yoxsa serialdan pul çəkmək?
Aktyor, ssenarist Tərlan Nur Yaşarın SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycanda serial çəkilişləri hansı səviyyədədir? Çəkilişləri həyata keçirmək üçün münasib şərait var? Dünya ilə müqayisədə inkişafdayıq? – Dünya səviyyəsində tanınmaq və rəqabət aparmaq istəyiriksə, ilk növbədə dünya bazarına çıxışımız olmalıdır. Amma gəlin açıq danışaq, bu gün biz dünya bazarına serial satmırıq. Çünki seriallarımız dünya bazarının tələblərinə uyğun çəkilmir. Hazırda çəkilən seriallar sırf yerli bazar üçün nəzərdə tutulur. Bu da onların keyfiyyətini, mövzu dərinliyini və texniki səviyyəsini məhdudlaşdırır. Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, bu, ümumilikdə insan münasibətləri və sistem yanaşması…
Daha çox“Bu “like” ehtiyacı haradan qaynaqlanır?”
“Sosial mediada “bəyənilmək” sadəcə xoş hiss deyil, psixoloji ehtiyacdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, müasir dövrdə insanlar sosial mediada paylaşdıqları şəkil və statusların bəyənilməsinə xüsusi həssaslıqla yanaşırlar: “Bəs bu “like” ehtiyacı haradan qaynaqlanır? Bu sadəcə özünü göstərmək istəyidir, yoxsa daha dərinə enən psixoloji bir ehtiyac? Əslində, sosial mediada bəyənilmək istəyi insanın təməl psixoloji ehtiyaclarından biri olan qəbul edilmə və təsdiqlənmə arzusuna söykənir. Uşaq yaşlarımızdan etibarən gördüyümüz diqqət, aldığımız tərif və ya laqeydlik bizdə bir sual yaradır: “Mən dəyərliyəmmi?” Bu sualın cavabını isə çox…
Daha çox