Azercell rəssamın əsərlərindən ibarət kitabı təqdim etdi

Mobil operator milli mədəni irsin təbliğini davam etdirir 12 iyun 2025-ci il tarixində görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib. SİA xəbər verir ki, rəssamın xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı da baş tutub. Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova Azercell-in təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş kitabdan bəhs edərkən, – “Ucal Haqverdiyev kimi…

Daha çox

“Sosial müavinətlərin artırılması təkcə sosial deyil,..”

“Prezidentin imzaladığı sərəncama əsasən sosial müavinətlərin artırılması ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm və strateji addımlardan biridir. Bu qərarın əsas məqsədi cəmiyyətin ən həssas təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial rifahını artırmaq və gələcək üçün daha güvənli həyat təmin etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, müavinətlərin artırılması xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, tənha ahıllar, valideyn himayəsindən məhrum uşaqlar və digər yardıma ehtiyacı olan vətəndaşlar üçün maddi cəhətdən mühüm dəstək rolunu oynayır: “Bu artımın tətbiqi nəticəsində həmin şəxslərin gündəlik ehtiyaclarını qarşılamaq…

Daha çox

29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisənin idxal etdiyi 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub. “İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından…

Daha çox

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalayıb

İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, sənəd OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə imzalanıb. Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.…

Daha çox

Tahir Gözel Nigeriyada qubernatorla yüksəksəviyyəli görüş keçirib

Aparıcı iş adamı Tahir Gözel Nigeriyanın Laqos şəhərinə və Oyo əyalətinə səfər edərək əyalət qubernatoru Oluwaseyi Makinde ilə yüksəksəviyyəli işgüzar görüş keçirib. SİA xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə Nigeriya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Tahir Gözel Azərbaycan və Nigeriya arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərinə toxunaraq, ölkəmizin bu sahədə təklif edə biləcəyi imkanlar və qarşılıqlı faydalı tərəfdaşlıq modelləri barədə danışıb. Gözel, eyni zamanda, texnologiya yönümlü təhsil müəssisəsinin təsis edilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, bu təşəbbüsün ölkənin rəqəmsal inkişafına ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. Qubernator Makinde öz…

Daha çox

Təqaüd və müavinət artımı cəmiyyətdə necə qarşılandı?

Prezident İlham Əliyev tərəfindən imzalanmış sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı sərəncam cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sərəncama əsasən, aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif müavinət və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Bu mühüm sosial qərarın vətəndaşlar tərəfindən necə qarşılandığını öyrənmək məqsədilə paytaxt sakinləri arasında sorğu keçirdik. Bəs vətəndaşlar bu barədə nə düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib. Tələbə Tahir Məmmədzadə: “Tələbəyəm və hazırda həm oxuyur, həm də yarımştat işləyirəm. Təqaüdlərin artırılması bizim kimi gənclər üçün də çox vacibdir.…

Daha çox

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli gücünü daha da artırır”

“2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi: “Bu sənəd, təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda Türk Dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi…

Daha çox

“Bir oğlanla qucaqlaşdıqları fotolar yerləşdirirlər”

“Bəzən olur ki, insanın ekrana qoyduğu şəkillərdən onu yanlış anlaya bilirik. Amma demək olar ki, 80-85% hallarda — xüsusilə də vurğulayıram — yeni yetmələrin paylaşdığı şəkillərdə onların daxili dünyasını, xarakterini, obrazını və hətta gələcək həyat tərzlərini (əgər müdaxilələr olmasa) görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, bəzən elə yeniyetmə var ki, mən ilk olaraq onun valideyni ilə söhbət edərkən, valideyn deyir: “Heç bilmədim bu nə vaxt oldu, nə zaman baş verdi, niyə baş verdi, mən harada səhv etdim?” O səhv valideyn o zaman buraxır…

Daha çox

Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı

15 iyun- Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndərimiz Heydər Əliyevdir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. 1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə…

Daha çox

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda…

Daha çox