Azərbaycanın mikromaliyyə modeli üzrə strateji çərçivə Beynəlxalq Mikromaliyyə Mərkəzinin Gürcüstanın paytaxtı Tbilisidə keçirdiyi 27-ci illik konfransda müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, qurumun Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva beynəlxalq sosial maliyyə şəbəkəsinin tədbirində “Sürətlə dəyişən dünyada mikromaliyyə üçün sabit tənzimləyici çərçivənin təmin edilməsi” mövzusunda dəyirmi masaya qatılıb, AMB-nin hazırladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”in təqdimatını keçirib. Təqdimatda ölkədə mikromaliyyə sektorunun mövcud vəziyyəti və inkişaf tendensiyaları barədə məlumatlar, həmçinin sektor iştirakçılarının potensialının və maliyyə xidmətlərinin çeşidinin artırılması üçün müəyyən edilmiş əsas…
Daha çoxDay: June 17, 2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, birgə təlimlər dəniz iqtisadiyyatının fəaliyyət obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib. Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.
Daha çoxİranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb
İranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb
Daha çoxAQTA sədri Şabranda vətəndaşları qəbul edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 17-si Şabranda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Məlumata əsasən, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Daha çoxTramp da müharibəyə qoşulur – bölgə üçün gizli planlar işə salınır…
Çox güman ki, qarşıdakı müddətdə bu müharibənin yeni tərəflərini və dağıdıcı dalğasını görəcəyik” “İran və İsrail arasında başlanan müharibə əslində on illərdir davam edən əsəb müharibəsinin və psixoloji hədələmənin hərbi davamıdır. Açıq-aydın görünür ki, Yaxın Şərq bölgəsi üçün yeni siyasi layihə hazırlanır və bu müharibə də o prosesi gerçəkləşdirmək üçün aparılır. Əlbəttdə, azacıq siyasətlə məşğul olan istənilən adama məlumdur ki, bu səbəbsiz müharibənin əsas “ağıl küpü” ABŞ-dır”. Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı yaranan gərginlikdən sonra məsələni diplomatik və…
Daha çoxMülki aviasiya üzrə dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib
Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar qəbul etdiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib. Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub. Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən…
Daha çoxAzərbaycanda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun dəyişib
Prezident İlham Əliyev “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək. Bundan başqa, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin…
Daha çoxÇimərliklərdə suyun hərarəti açıqlanıb
Çimərliklərdə suyun hərarəti açıqlanıb
Daha çox“Azərbaycan ordusu nə lazımdırsa, onu da alacaqdır”
“Hər bir ölkənin milli təhlükəsizlik sistemi, onun silahlı qüvvələrinin gücü və hərbi imkanları ilk növbədə həmin dövlətin iqtisadi potensialı və maliyyə imkanları ilə birbaşa bağlıdır. Güclü iqtisadiyyat olmadan müasir və güclü ordu qurmaq mümkün deyil. Bu baxımdan, Azərbaycan Respublikasının son illərdəki sürətli iqtisadi inkişafı, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün əlverişli zəmin yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Azərbaycan bu gün regionda iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrdən biridir: “Enerji sektorunda əldə olunan uğurlar,…
Daha çoxXarici diplomatlar məcburi köçkün probleminin həlli barədə məlumatlandırılıb
Xarici diplomatlar Azərbaycanda məcburi köçkün probleminin həlli və Böyük Qayıdış prosesi barədə məlumatlandırılıb. SİA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) məlumat verilib. Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsində keçirilən sessiyada “Qaqçqınkom” sədrinin müavini Fuad Hüseynov çıxış edib. O, 27 ölkəni təmsil edən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə…
Daha çox