Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb. Komitə sədri bildirib…
Daha çoxDay: June 17, 2025
DMX rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə SİA-ya DMX-dən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq…
Daha çoxBu günədək sahibkarlar Xankəndi, Ağdərə və Xocalıya 45 milyon manat investisiya qoyub
Xankəndi şəhəri, Ağdərə və Xocalıya sahibkarlar tərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib. Onun sözlərinə görə, Xankəndi şəhəri yaxın vaxtlarda müasir şəhərə, modern yaşayış məntəqəsinə çevriləcək: “Hazırda Xankəndi şəhərinin müxtəlif küçə və prospektlərində geniş miqyasda bərpa-yenidənqurma işləri aparılır. Çoxmənzili yaşayış binaları təmir edilir, Zəfər parkı tikilir. Bundan başqa Xankəndi şəhərinə Şuşadan kanat…
Daha çoxAzərbaycanda 20 min 535 ölüm halı qeydə alınıb
Bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.
Daha çoxAzərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan və Şimali Makedoniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub. Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Ötən ildən etibarən Azərbaycandan Şimali Makedoniyaya təbii qaz təchizatının uğurla davam etdirildiyi, bu əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsinə maraq göstərildiyi və enerji tərəfdaşlığının…
Daha çox“Haber Global”dan Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alanlara sərt cavab
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə qarşı bəzi mətbuat orqanlarında aparılan çirkli kampaniyalar barəsində geniş videomaterial hazırlayıb. SİA-nın məlumatına görə, materialda İsrail və İran arasında yaşanan gərginlikdən bəhanə kimi istifadə edilərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin hədəfə alındığı diqqətə çatdırılır. Bildirilib ki, bu kimi kampaniyaları aparan təxribatçılar faktlara və Azərbaycan tərəfinin rəsmi açıqlamalarına məhəl qoymurlar. Hazırlanan materialda mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışına da toxunulub. Qeyd olunub ki, həmin vaxt Prezident İlham…
Daha çoxAnar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə növbəti görüş keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, mentorluq proqramına uyğun olaraq Nazirlikdə müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub. Müsabiqə qalibləri Nazirlik və qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, mentorluq proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Görüşdə proqramın davamı olaraq görüləcək…
Daha çoxAzərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb. Bu barədə SİA Belarus müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər. Z.Həsənov qeyd edib ki, Azərbaycan Belarus ilə hərbi və hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndirir: “Nümayəndə heyətlərinin mübadiləsi təkcə təcrübə mübadiləsi deyil, həm də ölkələrimizin yaxınlaşmasıdır”. Belarusun müdafiə naziri öz növbəsində vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yüksək etimad səviyyəsi ilə fərqlənir: “Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq…
Daha çoxAzərbaycan və Şimali Makedoniya arasında regional məsələlər müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 17-də Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub. Eyni zamanda iki ölkə arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlər arasında görüşlər, parlamentlər arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər nazirlikləri…
Daha çoxSabah yağış yağacaq
Azərbaycanda iyunun 18-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,…
Daha çox