İranın raketlərindən qorxan israillilər siren və həyəcan siqnalları eşidib sahildən qaçıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İrandan atılan raketlər Təl-Əviv səmasında görünməyə başlayanda şəhər çimərliklərində çaxnaşma yaranıb. Dənizdə günəş vannası qəbul edən və çimən israillilər siren səslərini eşitdikdən sonra böyük qorxu içində sahili tərk ediblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə insanların qışqıra-qışqıra qaçdığı, çimərlik əşyalarını qoyub sığınacaq axtardığı görülüb. Bəzi vətəndaşlar sahildəki xilasedici qüllələrə və kafelərə sığınmağa çalışıb.
Daha çoxDay: June 17, 2025
“BTQ kəmərinin modernləşməsi üçün ciddi şəkildə investisiya qoyuldu”
“Son zamanlar tranzit gəlirlərində artım var, amma rəqəmlər olduqca kiçikdir. Gəlirlər buraya qoyulan investisiyaları doğrultmur. Bu sahədə olduqca zərərlər var. Həmin quruma aid olan şəxslər, mərkəzi hökümətdən və əhalidən bir növ israflarını gizlətmək üçün bu cür artım statistikalarına istinad edirlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, düzdür, tranzit sahədə olan gəlirlərə beynəlxalq aləmdə olan hadisələrdə təsir edir: “Lakin ən əsası düzgün infrastrukturun qurulması olduqca vacibdir. Bununla yanaşı qurumlar və nazirliklər tərəfindən yaradılmış süni maneələrdə tranzit sahəsinə olduqca təsir edir. Neft və qaz tranzitindən gələn gəlirlər…
Daha çoxLerikə yeni prokuror təyin edilib
Lerikə yeni prokuror təyin edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib. Qeyd edək ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Daha çoxCastin Timberleyk 11 ildən sonra İstanbulda konsert verəcək
Dünyaca məşhur amerikalı müğənni Castin Timberleykin İstanbuldakı konsertinin biletləri satışa çıxarılıb. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumata görə, Timberleyk 11 ildən sonra İstanbulda verəcəyi konsertlə yenidən türkiyəli pərəstişkarları ilə görüşəcək. 2025-ci il dünya turnesini davam etdirən Timberleyk konsert üçün məşq edərkən çəkilmiş görüntülərini pərəstişkarları ilə paylaşıb. Sonuncu dəfə Litva və Danimarkadakı pərəstişkarları ilə görüşən musiqiçinin iyulun 30-da İstanbulda verəcəyi konsertə sayılı günlər qalıb. Timberleyk məşq zamanı musiqiçi dostları ilə zarafatlaşdığı, rəqs hərəkətləri və xoreoqrafiya məşq etdiyi, mahnı oxuduğu və komandasına kömək etdiyi əyləncəli anlarını “Pərdə arxasında görmədiyiniz anlar” qeydi ilə…
Daha çoxAzərbaycan ordusu bizim fəxrimizdir – PAYTAXT SAKİNLƏRİ
26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur və bu əlamətdar gün müasir Azərbaycan Ordusunun yaranmasının rəsmi tarixidir. Bu hadisə ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə atılmış mühüm addımlardan biri hesab olunur. Xüsusilə 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, bu günün əhəmiyyətini daha da artıraraq, hər bir vətəndaşın qürur mənbəyinə çevrilmişdir. Bəs vətəndaşlarımız bu əlamətdar gün haqqında nələr düşünür? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Zərifə Əliverdiyeva: “Mənim üçün 26 İyun təkcə bayram deyil, həm də qürur günüdür. Bu, elə bir gündür…
Daha çoxDəmir yolu ilə 7 milyon tondan çox yük daşınıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 7 milyon 63,1 min ton təşkil edib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 589,3 min ton və yaxud 7,7 % azdır. 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 96,8 milyon ton olub. Yüklərin 7,3 %-i dəmir yolu ilə danışıb.
Daha çoxİqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi önəm kəsb edir
İqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi önəm kəsb edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “OPEC Beynəlxalq İnkişaf Fondunun forumu çərçivəsində təşkil edilən “Resursların dayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış etdik. Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir”,- deyə o qeyd edib.
Daha çox“Tarixi zəfərin ideoloji əsaslarının təhlili”
Bu mövzuda “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Bakı şəhərində tədbir keçirdi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitsiya və Suverenlik ili” çərçivəsində “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində Səbail rayonu 7 saylı orta məktəbdə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin əməkdaşı Qismət İsmayılov ilk öncə Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik” ili elan edilməsinin önəmindən daşınıb. Bildirib ki, 2025-ci ilin “Konstitusiya və suverenlik” ili elan edilməsi hüquqi islahatların daha sistemli həyata…
Daha çoxDövlət Komitəsində vətəndaş qəbulu keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb. Komitə sədri bildirib…
Daha çoxDMX rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə SİA-ya DMX-dən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq…
Daha çox