Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə qarşı bəzi mətbuat orqanlarında aparılan çirkli kampaniyalar barəsində geniş videomaterial hazırlayıb. SİA-nın məlumatına görə, materialda İsrail və İran arasında yaşanan gərginlikdən bəhanə kimi istifadə edilərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin hədəfə alındığı diqqətə çatdırılır. Bildirilib ki, bu kimi kampaniyaları aparan təxribatçılar faktlara və Azərbaycan tərəfinin rəsmi açıqlamalarına məhəl qoymurlar. Hazırlanan materialda mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışına da toxunulub. Qeyd olunub ki, həmin vaxt Prezident İlham…
Daha çoxDay: June 17, 2025
Anar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə növbəti görüş keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, mentorluq proqramına uyğun olaraq Nazirlikdə müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub. Müsabiqə qalibləri Nazirlik və qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, mentorluq proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Görüşdə proqramın davamı olaraq görüləcək…
Daha çoxAzərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb. Bu barədə SİA Belarus müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər. Z.Həsənov qeyd edib ki, Azərbaycan Belarus ilə hərbi və hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndirir: “Nümayəndə heyətlərinin mübadiləsi təkcə təcrübə mübadiləsi deyil, həm də ölkələrimizin yaxınlaşmasıdır”. Belarusun müdafiə naziri öz növbəsində vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yüksək etimad səviyyəsi ilə fərqlənir: “Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq…
Daha çoxAzərbaycan və Şimali Makedoniya arasında regional məsələlər müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 17-də Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub. Eyni zamanda iki ölkə arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlər arasında görüşlər, parlamentlər arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər nazirlikləri…
Daha çoxSabah yağış yağacaq
Azərbaycanda iyunun 18-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,…
Daha çoxAzərbaycanın mikromaliyyə modeli üzrə strateji çərçivə müzakirə edilib
Azərbaycanın mikromaliyyə modeli üzrə strateji çərçivə Beynəlxalq Mikromaliyyə Mərkəzinin Gürcüstanın paytaxtı Tbilisidə keçirdiyi 27-ci illik konfransda müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, qurumun Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva beynəlxalq sosial maliyyə şəbəkəsinin tədbirində “Sürətlə dəyişən dünyada mikromaliyyə üçün sabit tənzimləyici çərçivənin təmin edilməsi” mövzusunda dəyirmi masaya qatılıb, AMB-nin hazırladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”in təqdimatını keçirib. Təqdimatda ölkədə mikromaliyyə sektorunun mövcud vəziyyəti və inkişaf tendensiyaları barədə məlumatlar, həmçinin sektor iştirakçılarının potensialının və maliyyə xidmətlərinin çeşidinin artırılması üçün müəyyən edilmiş əsas…
Daha çoxAzərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, birgə təlimlər dəniz iqtisadiyyatının fəaliyyət obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib. Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.
Daha çoxİranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb
İranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb
Daha çoxAQTA sədri Şabranda vətəndaşları qəbul edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 17-si Şabranda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Məlumata əsasən, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Daha çoxTramp da müharibəyə qoşulur – bölgə üçün gizli planlar işə salınır…
Çox güman ki, qarşıdakı müddətdə bu müharibənin yeni tərəflərini və dağıdıcı dalğasını görəcəyik” “İran və İsrail arasında başlanan müharibə əslində on illərdir davam edən əsəb müharibəsinin və psixoloji hədələmənin hərbi davamıdır. Açıq-aydın görünür ki, Yaxın Şərq bölgəsi üçün yeni siyasi layihə hazırlanır və bu müharibə də o prosesi gerçəkləşdirmək üçün aparılır. Əlbəttdə, azacıq siyasətlə məşğul olan istənilən adama məlumdur ki, bu səbəbsiz müharibənin əsas “ağıl küpü” ABŞ-dır”. Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı yaranan gərginlikdən sonra məsələni diplomatik və…
Daha çox