Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları, yaxud 2,38 % azalaraq 75,79 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 73,63 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,93 ABŞ dolları və ya 2,53 % azalaraq 74,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxDay: June 17, 2025
Biruşaqlı ailə modeli son vaxtlar ölkəmizdə niyə geniş yayılıb?
“Son 40 il ərzində dünyanın müxtəlif bölgələrində istər xristian, istər müsəlman, istərsə də digər dinlərə mənsub ölkələrdə — ailələr çoxuşaqlı olurdu. Xüsusilə sosialist idarəetmə sisteminə malik bir neçə böyük ölkədə vətəndaşların sosial vəziyyəti çox fərqlənmirdi. Gəlirlər və yaşam səviyyəsi əsasən bərabər idi. Bu quruluşda ailələr çoxuşaqlı olur, övladlar təhsil alır və müəyyən peşələrə sahib olurdular”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “Kapitalist quruluşda vəziyyət bir qədər fərqlidir. Bu sistemdə əsas prinsip bazar iqtisadiyyatıdır — yəni, “bacarırsan, daha…
Daha çoxƏmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,11% azalaraq 3 413,6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,14% artaraq 36,5 ABŞ dolları olub.
Daha çoxBu ilin yanvar-may ayları ərzində 852 texniki nasaz avtomobil yolda qalıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib. Bu barədə SİA-ya NİİM-dən məlumat verilib. Bildirilib ki, texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır: “Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik…
Daha çoxNYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,53% artaraq 3,762 ABŞ dolları təşkil edib.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyunun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.75% – 42,515.09 bəndədək, S&P 500 indeksi 0.94% – 6,033.11 bəndədək, Nasdaq indeksi isə 1.52% – 19,701.21 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 16-da FTSE 100 indeksi 0.28% – 8,875.22 bəndədək, Almaniyanın DAX indeksi 0.78% – 23,699.12 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.75% – 7,742.24bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% artaraq 1.1562 dollar təşkil edib.
Daha çoxŞimali Makedoniya Respublikası Assambleyasının sədri Azərbaycana gəlib
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycana rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Serbiyada səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar. Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.
Daha çoxSəbail rayonunun qaz təchizatı dayandırılacaq
Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E. Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə. Yaqubov,…
Daha çoxBakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxTehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib
İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib. SİA xəbər verir ki, bunu A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib. “İyunun 12-dən 14-dək Tehranda baş tutan “BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb”, – A.İsakova bildirib.
Daha çox