Səbail rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E. Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə. Yaqubov,…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

Tehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib

İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib. SİA xəbər verir ki, bunu A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib. “İyunun 12-dən 14-dək Tehranda baş tutan “BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb”, – A.İsakova bildirib.

Daha çox

Kiyevə hava hücumu olub

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb. SİA-nın verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib. Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb. Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar var. Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər. Hazırda da Kiyevə hava hücumu…

Daha çox

Al Paçino Papaya “Maserati” hədiyyə etdi

Amerikalı aktyor Al Paçino Papa XIV Leoya “Maserati” maketi hədiyyə edib. SİA xəbər verir ki, bu barədə italyan prodüser Andrea Yervolino özünün “Instagram” səhifəsində bildirib. “Al Paçino və mən filmimizin şərəfinə “Maserati” maketini təqdim etdik”, – o yazıb. Qeyd edək ki, Al Paçino və Andrea Yervolino hazırda İtaliyadadırlar və “Maserati qardaşları” filminin çəkilişlərini davam etdirirlər. Film Maserati ailəsinin 1914-cü ildə avtomobil markasının yaranmasından onun lüks avtomobillərin kult istehsalçısına çevrilməsinə qədər olan hekayəsindən bəhs edir. Filmdə əsas rollardan birini əfsanə aktyor Entoni Hopkins canlandıracaq.

Daha çox

İran təsdiqlədi: 6 general öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk gün İsrailin hava hücumunda SEPAH Aerokosmik Qüvvələrinin 6 generalının həlak olduğunu təsdiqləyib. SİA xəbər verir ki, öldürülən generalların siyahısını təqdim edib. Bildirilib ki, ikinci Briqada Generalı Morteza Tayeb Masoud, general-mayor Mahmud Bageri, briqada generalı Məhəmməd Bagir Taherpur, Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Davud Şeyxian, kəşfiyyat rəisi briqada generalı Xosrov Həsəni və briqada generalı Mənsur Səfərpur hücumlarda həyatını itirib.

Daha çox

Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək məqsədilə iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.

Daha çox

Pakistan ordusu İlon Maskı ittiham etdi

Pakistan milyarder İlon Maskın “X” sosial şəbəkəsini saxta xəbərlər yaymaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin “X” hesabında məlumat yerləşdirilib. Bildirilib ki, Pakistan və onun nüvə silahı proqramına qarşı koordinasiyalı saxta təbliğat kampaniyası genişlənməkdə davam edir. “Heç bir məsuliyyət və ya nəticəsi olmadan saxta xəbərlərin yayılması böyük narahatlıq yaradır”, – deyə bəyanatda qeyd edilib.

Daha çox

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyanın Veneto və Emiliya-Romanya bölgələrində hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub. SİA xəbər verir ki, aramsız leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində Veneto regionunun Kador qəsəbəsinə gedən yollar bağlanıb. Güclü yağış qəsəbə yollarında palçıq axınına səbəb olub. Mülki müdafiə qüvvələri köməksiz qalan insanları xilas ediblər. Veneto regionunun rəhbəri Luka Zaya bölgədə fövqəladə vəziyyət elan edib. Yarım saat ərzində qəsəbəyə 50 millimetr yağıntı düşdüyü bildirilib. Emiliya-Romanya regionunda isə daşqın və tufan nəticəsində Verona və Viçensa bölgələri arasında qatarların hərəkəti dayandırılıb. Milan və Venesiya arasında isə yüksək sürətli qatarın…

Daha çox

Qazaxıstan və Çin arasında aparılan danışıqlar nəticəsində 24 sənəd imzalanıb

Astanada Prezident Kasım-Jomart Tokayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqların yekununda 24 hökumətlərarası və idarələrarası sənəd imzalanıb. SİA “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, iki ölkənin nümayəndə heyətlərinin üzvləri energetika, aerokosmik sənaye, rəqəmsallaşma, gömrük tənzimlənməsi, kənd təsərrüfatı, elektron ticarət, turizm, əqli mülkiyyət, tibb, media, elm və regionlararası əlaqələr sahələrində əməkdaşlığı əhatə edən sənədlərlə mübadiləni həyata keçiriblər. Bundan əlavə, hökumətlərarası səviyyədə investisiyaların təşviqi və qarşılıqlı qorunması, texniki və iqtisadi əməkdaşlıq barədə sazişlər də imzalanıb.

Daha çox