İyunun 24-25-da Bakıda növbəti Maliyyə və Texnologiyalar Sərgisi (“Fintex Sammit”) keçiriləcək. SİA bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinə istinadən xəbər verir. Məlumata görə, tədbir qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “Visa” beynəlxalq kart təşkilatının qlobal tərəfdaşlığı ilə baş tutacaq, “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunacaq, regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edəcək. Sammit çərçivəsində 7 tematik panel üzrə yüksək səviyyəli…
Daha çoxDay: June 17, 2025
Azərbaycanda tikinti sahəsi üzrə 6 yeni dövlət standartı qəbul edilib
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib. SİA xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb. Bildirilib ki, AZSTAND AZS ГОСТ 27751:2025 “İnşaat konstruksiyalarının və qrunt əsaslarının etibarlılığı. Əsas müddəalar”, AZS EN 845-3:2025 “Daş hörgünün köməkçi elementlərinə dair tələblər Hissə 3: Polad tor şəbəkəsinin üfüqi armaturlanması”, AZS EN 490:2025 “Dam örtüyü və divarların üzlənməsi üçün beton dam plitələri və fitinqlər – Məhsul spesifikasiyaları”, AZS EN 13877-1:2025 “Beton yol örtükləri – Hissə 1: Materiallar”,…
Daha çoxAHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb
Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli fərmanının icrası davam etdirilir. SİA xəbər verir ki, Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) olub. AHİK informasiya sistemlərini və ehtiyatlarını tam şəkildə AZCON Holding şirkətlərindən olan “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” AHİK-ə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını…
Daha çoxAzərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları, yaxud 2,38 % azalaraq 75,79 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 73,63 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,93 ABŞ dolları və ya 2,53 % azalaraq 74,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxBiruşaqlı ailə modeli son vaxtlar ölkəmizdə niyə geniş yayılıb?
“Son 40 il ərzində dünyanın müxtəlif bölgələrində istər xristian, istər müsəlman, istərsə də digər dinlərə mənsub ölkələrdə — ailələr çoxuşaqlı olurdu. Xüsusilə sosialist idarəetmə sisteminə malik bir neçə böyük ölkədə vətəndaşların sosial vəziyyəti çox fərqlənmirdi. Gəlirlər və yaşam səviyyəsi əsasən bərabər idi. Bu quruluşda ailələr çoxuşaqlı olur, övladlar təhsil alır və müəyyən peşələrə sahib olurdular”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “Kapitalist quruluşda vəziyyət bir qədər fərqlidir. Bu sistemdə əsas prinsip bazar iqtisadiyyatıdır — yəni, “bacarırsan, daha…
Daha çoxƏmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,11% azalaraq 3 413,6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,14% artaraq 36,5 ABŞ dolları olub.
Daha çoxBu ilin yanvar-may ayları ərzində 852 texniki nasaz avtomobil yolda qalıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib. Bu barədə SİA-ya NİİM-dən məlumat verilib. Bildirilib ki, texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır: “Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik…
Daha çoxNYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,53% artaraq 3,762 ABŞ dolları təşkil edib.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyunun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.75% – 42,515.09 bəndədək, S&P 500 indeksi 0.94% – 6,033.11 bəndədək, Nasdaq indeksi isə 1.52% – 19,701.21 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 16-da FTSE 100 indeksi 0.28% – 8,875.22 bəndədək, Almaniyanın DAX indeksi 0.78% – 23,699.12 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.75% – 7,742.24bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% artaraq 1.1562 dollar təşkil edib.
Daha çoxŞimali Makedoniya Respublikası Assambleyasının sədri Azərbaycana gəlib
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycana rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Serbiyada səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar. Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.
Daha çox