İran yeni “Şahed”i təqdim etdi…


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri yeni kamikadze pilotsuz uçan aparatı Şahed-107-ni nümayiş etdirib.

SİA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Təyyarə tipli qurğu 1500 kilometrdən çox uçuş məsafəsini təmin edən pistonlu mühərrik alıb.

Yeni Şahed düz qanad və X formalı quyruğa malikdir.

Qeyd olunur ki, bu yaxınlarda İran pilotsuz təyyarəsinin İsrailin Arrow-3 zenit-raket kompleksinə yaxınlaşmasını əks etdirən kadrlar dərc olunub.

Cihaz kompleksin mövqeyindən bir neçə onlarla metr aralıda helikopterdən atəşlə tutulur.

…Hücum təsdiqlənərsə, bu, İranın yeni pilotsuz təyyarəsinin çoxqatlı hava hücumundan müdafiə sistemlərinə nüfuz edə biləcəyini sübut edəcək, – deyə məlumatda bildirilir.

Əli Babayev

Əlaqəli Xəbərlər