Al Paçino Vatikanda Papa ilə görüşüb…



Aktyoru avtomobil sülaləsindən bəhs edən filmin prodüseri müşayiət edib…



…Hollivud veteranı Al Paçino bu günlərdə Vatikanda olub və burada yeni seçilmiş Papa XIV Leo ilə görüşüb.

Aktyoru italiyalı prodüser, Paçinonun Entoni Hopkins və Endi Qarsiya ilə yanaşı baş rollardan birini ifa etdiyi “Maserati Qardaşları” bioqrafik dramının prodüseri Andrea İervolino müşayiət edib.

SİA-nın məlumatına görə, bunu Deadline yazır.

Rəsmi açıqlamada İervolino bu görüşü ailə birliyi, sevgi, şəfqət və ümumi rifah axtarışı kimi ortaq dəyərlərə əsaslanan “dərin mənəvi və mədəni an” adlandırıb.

Onun sözlərinə görə, bu ideyalar həm Katolik Kilsəsinin, həm də Maserati ailəsi haqqında filmin əsasını təşkil edir. İervolino onu da qeyd edib ki, məhz bu dəyərlər – qarşılıqlı hörmət, həmrəylik və gələcəyə ümumi baxış – təkcə brend deyil, həm də birlik və innovasiyaya əsaslanan miras yaradan Maserati qardaşlarının yolunu müəyyən edib.

Keçən ay seçilən Papa XIV Leo ABŞ-dan seçilən ilk pontifik və seçilməzdən əvvəl ordenə rəhbərlik edən ilk Avqustinli olub. 2015-ci ildə o, Peru vətəndaşlığını da alıb. İyunun əvvəlində Magenta Light Studios-un “Maserati: Qardaşlar” (“Maserati: The Brothers”) filminin ABŞ-da yayılması hüququnu əldə etdiyi açıqlandı.

Film ABŞ və Kanadada 2000-dən çox ekranda, həmçinin İtaliya və İspaniyada 450 kinoteatrda nümayiş olunacaq.

Al Paçino mühüm investor və Maserati sülaləsinin tərəfdarı olan Vinçenzo Vakkaro rolunu oynayır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər