…Rusiyada bu il aprelin əvvəlinə pensiyaçıların sayı 40,96 milyon nəfər olub.
SİA rus saytlarına istinadən xəbər verir ki, məlumat Rusiya Federasiyasının Sosial Fondu tərəfindən verilib
Yenilənmiş statistikaya görə, üç ayda pensiyaçıların sayı demək olar ki, 208 min nəfər azalıb.
“RİA Novosti” Sosial Fondun məlumatlarına istinadən xəbər verir ki, aprelin 1-nə Rusiyada təqribən 41 milyon pensiyaçı olub.
Pensiyaçıların ümumi sayından səkkiz milyona yaxını işləməkdə davam edir və təxminən 33 milyon nəfərin daimi gəliri yoxdur.
Fonddan verilən məlumata görə, yanvarın 1-nə pensiyaçıların sayı 41 milyon 169 min 796 nəfər olub.
Bu rəqəm yeni rəqəmləri təxminən 208 mini üstələyir.
Nazlı Almuradova