Moskva Yaxın Şərqdəki böhranın kökündə duran səbəblərin aradan qaldırılmasının tərəfdarıdır, Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır. SİA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml İsrailin həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli konsolidasiyasını qeyd edir: “Biz regionda belə təhlükəli gərginliyin artmasına səbəb olan addımları pisləyirik”.