Latviya rusiyalı təbliğatçıların ölkəyə girişini bağlayıb…


…Latviya rusiyalı təbliğatçı Yekaterina Andreeva və aktyor Pavel Priluçnının ölkəyə girişini bağlayıb.

SİA xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Latviyanın xarici işlər naziri Baiba Braje məlumat verib.

…Mən Rusiya vətəndaşları Pavel Priluçnı və Yekaterina Andreevanın Latviya üçün arzuolunmaz şəxslər siyahısına daxil edilməsi və onların Latviyaya girişinə qeyri-müəyyən müddətə qadağa qoyulması barədə qərar qəbul etmişəm. Qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qəbul edilib.

Bunu Latviya Xarici İşlər Nazirliyinin rəhbəri yazıb.

Bundan əvvəl KİV-lər Birinci Kanalın aparıcısı Yekaterina Andreevanın Honduras və Monteneqro vətəndaşlığı sayəsində Avropanı sərbəst gəzdiyini yazmışdı.

O, sonuncunu 2011-ci ildə ölkəyə “xüsusi xidmətlərinə” görə alıb.

Bunun ardınca Monteneqronun baş naziri Milojko Spajic ölkənin fəxri vətəndaşlıq verilməsi ilə bağlı bütün qərarlara yenidən baxacağını bildirib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər