İdmançı yarış zamanı buzlaqdan yıxılaraq ölüb


Rusiyalı idmançı Mixail Morozenko dağlıq ərazi olan Dombayda keçirilən “Trail Running Energy” yarışı zamanı buzlaqdan yıxılaraq ölüb. SİA xəbər verir ki, bunu sabiq idmançının həyat yoldaşı təsdiqləyib.

38 yaşlı sprinter 100 km məsafəyə qaçış zamanı buzlağın üzərindən sürüşərək həyatını itirib. Şahidlərin sözlərinə görə, qəza idmançının təxminən 10 km məsafəni qət etməsindən sonra baş verib.

Təşkilatçılar yarış hava şəraitinin kəskinləşməsi səbəbindən dayandırıldığını açıqlayıb.

Əlaqəli Xəbərlər