İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. “İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab Keşikçiləri və İran Ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib”, – məlumatda qeyd olunub. Xatırladaq ki, daha əvvəl “Sepah” kəşfiyyat rəisi və onun silahdaşlarının öldüyünü təsdiqləmişdi.
Daha çoxDay: June 16, 2025
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi bildirib. “1277 nəfər xəsarət alıb. Onların 90%-dən çoxu mülki şəxslərdir”, – deyə Səhiyyə Nazirliyi bildirib.
Daha çoxİranın nüvə obyektində zəlzələ baş verdi
İranın Fordo nüvə obyekti yaxınlığında 2,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Fordo İranın uranın zənginləşdirilməsi üzrə ikinci ən böyük zavodudur. Obyektin çox hissəsi yerin altındadır. İyunun 14-də İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib ki, İsrailin Fordo nüvə obyektinə endirdiyi zərbələr məhdud ziyana səbəb olub. O, həmçinin İsfahanda bir neçə anbarın hücuma məruz qaldığını və orada yanğının baş verdiyini bildirib. Lakin iranlılar oradan mühüm avadanlıq və materialları əvvəlcədən təhlükəsiz yerə daşımağa müvəffəq olduqları üçün…
Daha çoxİran İsrailin kəşfiyyat mərkəzlərini vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd – 3” əməliyyatının 3-cü mərhələsi çərçivəsində İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.
Daha çoxİsrail İranda hərbi aerodroma zərbə endirdi
İsrail İranda hərbi aerodroma zərbə endirdi
Daha çoxKiyevdə ardıcıl partlayışlar baş verdi
Kiyevdə bir neçə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “Ukrinform” saytı məlumat yayıb. Bildirilir ki, Kiyev, Kirovoqrad, Poltava, Sum, Çerkassı və Çerniqov vilayətlərində həyəcan siqnalı çalınıb. İtkilər barədə məlumat verilmir.
Daha çoxİsrail növbəti hücumları başa vurduğunu açıqladı
İsrail Məşhəd hava limanını vurub. SİA xəbər verir ki, bu haqda İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hava limanı yaxınlığında yanacaq dolduran İran təyyarəsi partlayıb. “Hərbi Hava Qüvvələri bütün İran ərazisində hava üstünlüyünə nail olmaq üçün çalışır. Bu, İsraildən təxminən 2300 km aralıda yerləşən ən uzaqmənzilli hədəfimizdir”, – deyə ordu bildirib. İsrailin zərbəsindən sonra Məşhəd hava limanında böyük yanğın müşahidə olunur.
Daha çoxİzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib
Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub.. SİA xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb. Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb. Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub. Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib
Daha çox6,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi
Perunun Kallao bölgəsi sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanlar saat 11:35-də (Bakı vaxtı ilə 18:35) baş verib. Zəlzələnin episentri Lima yaxınlığında yerləşən Kallao Konstitusiya əyalətindən 30 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Daha çoxJirinovskinin yəhudilərin qaçması ilə bağlı peyğəmbərliyi tapılıb
O, yəhudilərin Rusiyaya kütləvi miqrasiyasını proqnozlaşdırıb… …Siyasətçi Vladimir Jirinovski ölümündən sonra da dünya geosiyasətinin gələcəyi ilə bağlı proqnozları ilə heyrətləndirməkdə davam edir. O, xüsusilə, yəhudilərin Rusiyaya mümkün kütləvi miqrasiyasından, Yaxın Şərq və Asiyada baş verən qlobal münaqişələrdən danışıb. …İran və İraq prezidentləri nüvə silahına sahib olsalar, İsraili məhv edəcəklər. Vəssalam, heç nə qalmayacaq. Və onlar Yaxın Şərqi yandırmağa hazırdırlar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Jirinovski bunu çıxışlarından birində bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət pisləşərsə, İsraildən yəhudi əhalinin kütləvi köçü başlaya bilər.…
Daha çox