Şuşada olmaqdan böyük şərəf duyuram.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şuşada Bolqarıstandan olan deputat Rəmzi Durmuş Osman deyib.
“Şuşada inşaat, inkişaf gördük. Ən önəmlisi 1500-ə yaxın sakin geri dönüb. İnanıram ki, gələcəkdə daha fərqli, daha gözəl bir Şuşanı görəcəyik”, – deyə o bildirib.