Yeni dünya nizamına keçid prosesi müşahidə olunur

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən konfrans iştirakçılarına məktubunda yer alıb. Dövlət başçısı əlavə edib: “Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət…

Daha çox

Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. SİA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq…

Daha çox

Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Müraciətdə vurğulanır: “2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur.…

Daha çox

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır: “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların…

Daha çox

“Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır”

“Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin tarixində bir mərhələ olan Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümünün sevincini və qürurunu yaşayıram”. SİA xəbər verir ki, bu sözləri Şuşada dava edən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib. O sözlərinə davam edərək bildirib: “Əziz qardaşlarım, Ümummilli Lider Heydər Əliyevin “əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə” kimi andığı Şuşa, malik olduğu dini, tarixi və…

Daha çox

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 santimetr, Katexçayda 24, Qudiyalçayda 4, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16, Zəyəmçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Oxçuçay və Bərgüşadçayda 2 santimetr artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 132 kubmetr/saniyə olmaqla normanın 78 faizini təşkil edir.

Daha çox

geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər. Konfrans açılış mərasimindən sonra “Milli suverenlik, regional əməkdaşlıqvə qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında panel sessiyalarla davam edəcək.

Daha çox

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Daha çox

Hindistanda helikopter qəzaya uğrayıb

Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib. Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Helikopterdə olanların hamısı həlak olub.

Daha çox