Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin tarixində bir mərhələ olan Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümünün sevincini və qürurunu yaşayıram. SİA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib. “Ümummilli Lider Heydər Əliyevin “əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə” kimi andığı Şuşa malik olduğu dini, tarixi və monumental abidələri ilə yanaşı, yetirdiyi…

Daha çox

Prezident Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladı, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd etdi. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu dedi, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları…

Daha çox

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. SİA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu sözləri “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek tədbir iştirakçıları ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi, tarixi ədalətin bərpasının simvolu olan Şuşada yenidən görüşməkdən məmnunluq duyduğunu deyib. O, Yeni Azərbaycan Partiyasına ənənəvi qardaşlıq qonaqpərvərliyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi…

Daha çox

İran nüvə silahına malik olmadığına zəmanət verən sazişi bağlamağa hazırdır

İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır. SİA xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Bununla belə, xarici işlər naziri Abbas Əraqçi İranın nüvə silahına malik olmadığına zəmanət verən saziş imzalamağa hazır olduğunu bildirib.

Daha çox

İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır

İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, – nazir qeyd edib. Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim…

Daha çox

Azərbaycanın qərb rayonlarına dolu yağıb

Azərbaycanın qərb rayonlarına dolu yağıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, iyunun 14-də Tovuz rayonuna saat 20:05-20:08 radələrində diametri 18, iyunun 15-də Tovuz rayonuna saat 03:30-03:34 radələrində diametri 20, Şəmkir rayonuna saat 04:05-04:08 radələrində diametri 20, saat 06:45-06:50 radələrində diametri 15 mm olan, eləcə də Gədəbəy rayonunun Xarxar kəndinə dolu yağıb.

Daha çox

geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Konfransda bir sıra…

Daha çox

Bu ay Şuşaya 25 min nəfər səfər edib

Artıq Şuşa da digər bölgələrimiz kimi sürətlə yenidən qurulur. Bu ay şəhəri 25 min nəfər ziyarət edib. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib. O qeyd edib ki, artıq şəhərdə 3 yaşayış kompleksində məskunlaşma aparılıb: “Şuşa son illər mühüm tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, artıq 4 ildir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfranslar məhz bu şəhərdə keçirilir”.

Daha çox

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava davam edir

İyunun 15-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, düşən yağıntının miqdarı Balakəndə 42, Zaqatalada 41, Tovuzda 6, Daşkəsəndə 5, Ağstafa və Şəkidə (Kişçay) 4, Ceyrançöl və Gəncədə 3, Şəmkir, Göygöl, Qax və Qusarda 1 mm-dək olub. Bəzi yerlərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Zaqatalada 28, Bakıda və Abşeron yarımadasında 23, Naftalanda 22, Oğuz və Tovuzda 20, Şahdağ, və Goranboyda 19, Gəncə və Şəmkirdə 16…

Daha çox

Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Şəhərdə turizmin inkişafına töhfə verən yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhəri ziyarət edənlərin sayı 25 mini keçib. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. A.Kərimov bildirib ki, Şuşada yeni inşa olunan məktəbdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Ən…

Daha çox