“Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir”

“Bu tədbirin əvvəlindən bəri iştirak edirik. Bugünkü tədbirimiz olduqca böyük əhəmiyyət kəsb edir. Çünki bu tədbir çox aktual bir məsələyə – yeni dünya nizamı və onun siyasi aspektləri, çağırışları kimi mövzuya həsr olunub. Bu, bu gün hər bir cəmiyyəti və hər bir fərdi düşündürən məsələdir. Tədbirə xarici nümayəndələrin, eləcə də AK Partiyadan iştirak edən dostlarımızın qatılması xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, professor İradə Hüseynova deyib. Onun sözlərinə görə, tədbirdə Fransa da daxil olmaqla bir çox ölkələrdən nümayəndələr…

Daha çox

İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir

İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığında deyib. Onun sözlərinə görə, hücumların nüvə sazişi müzakirələrinin altıncı raundu ərəfəsində baş tutması diqqətçəkən məqamdır. Ərdoğan qeyd edib ki, nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır. Türkiyə lideri, həmçinin əlavə edib ki, son hadisələr diqqətləri Qəzzadan yayındırmamalıdır.

Daha çox

Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir

Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı “X” hesabında Azərbaycana təbrik paylaşımında qeyd olunub. “Bir dəfə yüksələn bayraq, bir daha enməz. Tarix, dil, millətçilik şüuru ilə birləşən böyük türk dünyasının iki sarsılmaz dövləti: Türkiyə və Azərbaycan! “Bir Millət, İki Dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik, Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq”, – paylaşımda bildirilib.

Daha çox

“Belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır”

“Yeni Azərbaycan Partiyası artıq dörd ildir ki, bu beynəlxalq konfransları təşkil edir. Bu, həmin tədbirlərin dördüncüsüdür. Mən əvvəlki konfranslarda da iştirak etmişəm. Mənim rəhbərlik etdiyim panelin mövzusu “Ədalət naminə həmrəylik və bu sahədə siyasi partiyaların rolu” idi. Paneldə çox gözəl çıxışlar səsləndi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib. Onun sözlərinə görə, məndən əvvəl keçirilən panellərdə də olduqca maraqlı çıxışlar olmuşdu. Ümumi nəticə isə belə oldu: ədalət üçün sülh hər kəsə lazımdır, sülh heç kimə ziyan gətirmir və bu mövzu ətrafında ortaq fikir formalaşdı.…

Daha çox

İsrailin İrana hücumu region üçün ciddi riskdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin regionun təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. SİA xəbər verir ki, bu fikri Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığı zamanı səsləndirib. Ərdoğan hücumların nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsinin diqqətçəkən olduğunu vurğulayıb və nüvə mübahisəsinin yeganə həll yolunun diplomatik danışıqlar olduğunu qeyd edib. Türkiyə Prezidenti əlavə edib ki, baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında davam edən humanitar böhrandan yayındırmamalıdır.

Daha çox

geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT

Hörmətli konfrans iştirakçıları! Sizi “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. BMT Təhlükəsizlik Şurasının…

Daha çox

“Milli Qurtuluş göstərdi ki, lider dövlətin taleyini müəyyən edən əsas faktordur”

“Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır dövr idi. Öz azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqın 1990-cı il Yanvar qırğınından yenicə çıxması, soydaşlarımızın Qərbi Azərbaycandan növbəti kütləvi deportasiyası, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, ardınca Xocalı soyqırımı, Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat iqtidarının səriştəsizliyi, daxili çəkişmələr dövlətçiliklə bağlı ciddi risklər yaratmışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, dövlət idarəçiliyi sisteminin olmaması ölkədə vətəndaş qırğınının pik həddə çatmasına səbəb olmuşdu: “Suverenliyimiz real təhdidlər qarşısında idi. Belə bir şəraitdə Azərbaycanın beynəlxlalq münasibətlər sisteminin bərabərhüquqlu subyekti olması…

Daha çox

Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. “Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib. Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub,…

Daha çox

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması…

Daha çox

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. SİA xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana gəlməsi gözlənilir. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Daha çox