Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranıb. Vaxtilə də Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib. Efkan Ala bildirib ki, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnız bir zəfərin sahibi deyil,…

Daha çox

Rusiya Dəmir Yolları iflas ərəfəsindədir…

Rusiya Dəmir Yollarının yük səviyyəsi 20 aydır ki, ardıcıl olaraq aşağı düşür. Treslərdə boş oturan təxminən 300 min boş vaqon var – bütün parkın demək olar ki, 20 faizi… SİA xəbər verir ki, bu barədə şənbə, iyunun 14-də Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Ötən il azalma 4 faizə çatıb, bu ilin 5 ayında isə 7 faizi ötüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Dəmir Yolları daimi işçi çatışmazlığı ilə üzləşib. Səfərbərlik, əhalinin xaricə getməsi və əmək miqrantlarının olmaması səbəbindən müəssisədə minlərlə lokomotiv briqadası çatışmır. O cümlədən, başqa ixtisaslar üzrə daha…

Daha çox

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

“Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir”. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Qazaxıstanın “AMANAT” Partiyasının icra katibi – Daulet Kəribek deyib. Daulet Kəribek bildirib ki, konfransın Azərbaycan tarixinin mühüm günlərindən biri – Milli Qurtuluş Günündə keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas edib, ictimai-siyasi sabitliyi bərpa edib. Qazaxıstan Prezidenti Kasım-Jomart…

Daha çox

“Azərbaycanla dostluq əlaqələrimizi qoruyub saxlamışam”

“20 ildir ki, Azərbaycana gedib-gəlirəm. İlk dəfədir ki, Qarabağa, Şuşaya gəlirik. Təbii ki, bu konfransın imzalarla müşayiət olunmaması və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilməsi çox önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında Bolqarıstanlı siyasətçi Rəmzi Durmuş Osman deyib. Onun sözlərinə görə, Bolqarıstan siyasətçisi kimi, Bolqarıstanda yaşayan bir türk olaraq, Azərbaycanın dostu kimi uzun illərdir Azərbaycanla dostluq əlaqələrimizi qoruyub saxlamışam. Bolqarıstan parlamentində Qurban bəyin rəhbərliyi altında fəaliyyət göstərmişəm. Son 25 ildə çox yaxşı əməkdaşlığımız olub: “Amma bu görüşün Qarabağda, məhz Şuşada keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, Şuşadayam. Şuşanın tarixi bizim…

Daha çox

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Kardioloqlarının II Qurultayı və Qazaxıstan kardioloqlarının XVII Qurultayı keçirilib. SİA xəbər verir ki, ötən ilin aprelində Bakıda təşkil edilmiş I Türk Dövlətləri Kardioloqlarının Qurultayının davamı olaraq keçirilən II Qurultayın məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiya mütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaq, kardiologiya sahəsində yenilikləri işıqlandırmaq olub. Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru professor Gülnaz Dadaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində Gülnaz Dadaşova Türk Dövlətləri Kardioloqlarının II Qurultayının sədrliyini təntənəli…

Daha çox

Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Azərbaycanda, xüsusilə də Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Özbəkistan Liberal Demokrat Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının sədri Aktam Xaitov deyib. Konfransın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Şuşada keçirilməsinin mühüm əhəmiyyət daşıdığına toxunan A.Xaitov tarixi ədalətin bərpası nəticəsində Qarabağın yenidən Azərbaycanın tərkibinə qayıtmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb: “Özbəkistan Azərbaycanı…

Daha çox

“Serbiya üçün suverenlik sadəcə siyasi bir anlayış deyil”

“Bu gün qarşınızda çıxış etmək mənim üçün böyük bir şərəfdir. Çünki müzakirə edəcəyimiz mövzu Serbiyanın gələcəyə baxışının əsasını təşkil edir: Milli Suverenlik, Regional Əməkdaşlıq və Qlobal Təhlükəsizlik. Bu üç sütun təkcə bizim ölkəmizin yol xəritəsini deyil, həm də qlobal siyasətdə yeni bir dövrün əsas konturlarını müəyyənləşdirir. Serbiya Proqressiv Partiyasının fəxr edilən nümayəndəsi kimi, suverenliyimizin qorunmasına, mənalı regional tərəfdaşlıqların inkişafına və sabit, təhlükəsiz dünya quruculuğuna sadiqliyimizi bir daha vurğulamaq istəyirəm—bütün bunları milli kimliyimiz və arzularımızdan sapmadan həyata keçiririk”. SİA xəbər verir ki, bu sözləri konfransda çıxış edən Serbiya Tərəqqi Partiyası Sədrliyinin…

Daha çox

Azərbaycanla birliyimiz əbədi davam edəcək

Kədərdə də, sevincdə də can Azərbaycanla birliyimiz əbədi davam edəcək. SİA xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər Nazirliyinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial media hesablarında edilən paylaşımında yer alıb. Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda “Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun” yazılıb.

Daha çox

“Biz gələcəyə yönəlmiş məqsədlərimizi ortaya qoyuruq”

“Bugünkü tədbirdə çoxsaylı ölkələrin nümayəndələri, nüfuzlu siyasətçilər və dövlət rəsmiləri iştirak edir. Siyasi partiyaların təmsilçiləri və fərqli düşüncə daşıyıcıları ilə birlikdə Azərbaycana “xoş gəlmisiniz” deyirik. Bu gün sanki Azərbaycanın ürəyi burada döyünür. Çünki buradakı iştirakçılar sadəcə siyasətçilər deyil, həm də millət vəkilləri, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələridir”. SİA xəbər verir ki, bu sözləri konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Onun sözlərinə görə, bu tədbir sıradan bir toplantı deyil – bu, gələcəyə atılmış mühüm bir addımdır. Bu gün burada olmağımız tarixə…

Daha çox