Milli Qurtuluş Günü münasibətilə… Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb. Qeyd edilib ki,…
Daha çoxDay: June 15, 2025
50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib
Bazar günü gecə 50 İsrail qırıcısı Tehranda İranın nüvə obyektlərinə hücum edib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib”, – deyə məlumatda bildirilib. Qeyd olunub ki, hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib. Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib.
Daha çoxİran İsrailə 50 ballistik raket atıb
İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini sığınacaqlara getməyə çağırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır. İsrailin şəhərlərində həyacan siqnalı çalınır. Nəzərə çatdıraq ki, bu saatlarda İsrail Tehran polisinin mərkəzi ofisini bombalayıb. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. Raketlərdən biri isə İran parlamentinin yanına düşüb və mülki əhali arasında ölənlər var. İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrail bombardmanı dayandırmasa, daha ağır zərbələr alacaq. İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib…
Daha çoxTürkiyə və Rusiya xarici işlər nazirləri İsrailin İrana hücumunu müzakirə ediblər
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, iki nazir İsrail və İran arasındakı münaqişə və bu gərginliyin mümkün qlobal və regional nəticələrini müzakirə ediblər. H. Fidan hadisələrin narahatlıq doğurduğunu və münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyətləri ilə bağlı mübahisənin həllinin yeganə yolunun diplomatiya olduğunu deyib.
Daha çoxUkraynaya məxsus PUA-nın Tatarıstana hücumu videoya çəkilib
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Tatarıstandakı Yelabuqaya hücumu videoya çəkilib. SİA-nın məlumatına görə, müvafiq kadrlar Baza nəşrinin Telegram kanalında yayılıb. Videoda cihazların səmada uçması əks olunub. Baza-nın məlumatına görə, pilotsuz təyyarənin qalıqları zavodun Yelabuqadakı keçid məntəqəsinə düşüb. Bundan əvvəl Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın pilotsuz təyyarələrin hücumuna məruz qaldığını təsdiqləyib. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb, daha bir nəfəri xilas etmək mümkün olmayıb. Minnixanov əmin edib ki, bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilməyə başlayıb. Bundan əvvəl məlum olub ki, Belqoroda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat tərəfindən hücum…
Daha çox“Yeni dünya nizamının meydana gəlməsi reallıqdır”
“İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq təhlükəsizlik sistemi nəinki ciddi böhran vəziyyətinə düşüb, tamamilə çöküb desək daha düzgün ifadə olar. Dünyada baş verən qarşıdurmaların, qırğınların, kütləvi insan ölümlərinin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı artıq rol oynaya bilmir, baş verən bu şiddətin qarşısının alınmasına real təsir göstərə bilmir”. SİA-nın verdiyi məlumata görə, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, yeni dünya nizamının meydana gəlməsi çox ciddi bir reallıq…
Daha çox14 iranlı nüvə aliminin qətli üzə çıxıb..?
…Ən azı 14 iranlı nüvə alimi İsrail tərəfindən öldürülüb. Bəziləri bomba yüklü avtomobilin partlaması nəticəsində həlak olub. SİA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Agentlik Fars körfəzi ölkələrindəki iki mənbəyə istinadən xəbər verir. …Cümə günündən bəri ən azı 14 iranlı nüvə alimi İsrailin hücumları nəticəsində həlak olub. o cümlədən avtomobillərə yerləşdirilən bombaların partladılması nəticəsində… – agentlik xəbər verir. Bir gün əvvəl İsrail İranda 9 əsas nüvə aliminin raket hücumlarından istifadə edərək öldürüldüyünü açıqlamışdı. Əli Babayev
Daha çoxƏdalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir
Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir. SİA-nın məlumatına görə, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Bahar Muradova bildirib ki, Qarabağın işğaldan azad olunması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır: “Şuşa bu gün yalnız mədəniyyətin deyil, həm də tolerantlıq və sülh iradəsinin təcəssümüdür. Biz buradan siyasi düşmənçilik yox, siyasi həmrəylik çağırışı edirik”. B.Muradova insan ləyaqətini…
Daha çoxİran yenidən ballistik raketlərlə İsrailə hücum edib…
Ölən və yaralananlar barədə məlumat verilmir… İyunun 15-də günortadan sonra İran İsrailə növbəti ballistik raket zərbəsi endirib, dağıntı və tələfat barədə məlumat verilməyib. SİA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. İsrail Müdafiə Qüvvələri İrandan yeni ballistik raketlərin atıldığını, İsrailin mərkəzində və Qüdsdə hava hücumu sirenlərinin səslənməsini və mülki şəxslərin bomba sığınacaqlarında qalmalarını əmr etdiyini bildirib. İsrail Müdafiə Qüvvələri raketlərin vurulması üçün çalışdığını bildirib. Daha sonra İsrailin milli təcili tibbi yardım xidməti Magen David Adom bildirib ki, raket zərbələri və ya xəsarət…
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. SİA nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir. https://youtu.be/AnriTqjY2tA?si=-dBDnZfej6UKlrWG
Daha çox