İyunun 15-i Ümumdünya Külək Günüdür

İyunun 15-i bir çox ölkələrdə Ümumdünya Külək Günü qeyd olunur. SİA xəbər verir ki, ilk baxışdan qeyri-adi görünən belə bir bayramın yaradılmasının təşəbbüskarları Avropa Külək Enerjisi Assosiasiyası və Qlobal Külək Enerjisi Şurasıdır. Burada məqsəd külək enerjisinin nəhəng potensialına ictimaiyyətin, ilk növbədə, müxtəlif ölkələrin enerji komplekslərinin nümayəndələrinin diqqətini cəlb etmək olub. İlk Ümumdünya Külək Günü 2007-ci ildə Avropada qeyd edilib. Artıq 2009-cu ildə dünya festivalı statusu alıb, 30-dan çox ölkə bu bayrama qatılıb. Hər il onların sayı sürətlə artır. Hər il bir mövzu ətrafında qeyd edilən Ümumdünya Külək Gününün builki mövzusu…

Daha çox

15 İyun və Şuşa Bəyannaməsi: Türkiyə-Azərbaycan Qardaşlığının Zirvəsi

15 iyun Azərbaycan tarixində iki mühüm hadisənin xatirəsini yaşadır: Milli Qurtuluş Günü və Türkiyə ilə imzalanmış strateji müttəfiqlik sənədi – Şuşa Bəyannaməsi. Hər iki hadisə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli birliyin güclənməsi və beynəlxalq əlaqələrinin dərinləşməsi baxımından mühüm mərhələdir. Xüsusilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəsmi və tarixi zirvəsidir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərini rəsmiləşdirdi və onların əlaqələrini yeni mərhələyə daşıdı. Şuşa Bəyannaməsinin…

Daha çox

İsrail İrana zərbələr seriyasını sona çatdırdı

İsrail Müdafiə Qüvvələri (IDF) Tehranda İranın nüvə silahı layihəsinin infrastruktur obyektlərinə və yanacaq tankerlərinə geniş zərbələr seriyasını tamamladı. SİA xəbər verir ki, bu barədə IDF-yə məxsus “Telegram” kanalı məlumat yayıb. “Qısa bir müddət əvvəl İsrail Hava Qüvvələri İran rejiminin nüvə silahı layihəsi ilə bağlı Tehranda bir sıra hədəflərə kəşfiyyata əsaslanan geniş silsilə zərbələr endirib. Hədəflər arasında İran Müdafiə Nazirliyinin qərargahı, Müdafiə İnnovasiya və Tədqiqatlar Təşkilatının (SPND) nüvə layihəsinin qərargahı və İran rejiminin nüvə silahı əldə etmək səylərini inkişaf etdirən və İran rejiminin nüvə arxivini gizlətdiyi əlavə hədəflər olub”, – məlumatda…

Daha çox

ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

İraq hava məkanının İsrail tərəfindən pozulmasının qarşısının alınmasında rəsmi Vaşinqtonu üzərinə götürdüyü məsuliyyətini dərk etməyə çağırıb. SİA yerli mediaya istinadla xəbər verir ki, İraq hökuməti çərçivə sazişinə əsasən, ölkənin hava sərhədlərinin İsrail təyyarələri tərəfindən pozulmasının qarşısının alınmasında ABŞ-ın məsuliyyətini xatırladan və öhdəliklərini yerinə yetirməyə çağıran rəsmi məktub ünvanlayıb. Məktubda, həmçinin “İraqın suverenliyinə və hava məkanının toxunulmazlığına hörmət edilməsinin vacibliyi” vurğulanıb. Qeyd olunub ki, “ABŞ İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyaya rəhbərlik edən ölkə kimi öz öhdəliklərini yerinə yetirməli və İraqın hava məkanı üzərində suverenliyini pozan və ya onu təhlükəyə məruz qoyan…

Daha çox

XİN Azərbaycan xalqını təbrik etdi

Xarici İşlər Nazirliyi 15 iyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bununla bağlı nazirliyin “X”dəki hesabında paylaşım edilib. “Dövlətçiliyimizin ciddi çağırışlarla üzləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə yenidən qayıdışı ilə müstəqillik tariximizin dönüş nöqtəsinə çevrilmiş 15 iyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə, xalqımıza və bölgəmizə firavanlıq, sabitlik və rifah arzu edirik”, – paylaşımda qeyd olunur.

Daha çox

İordaniya yenidən hava məkanını bağlayıb

Bir gün əvvəl İsraillə İran arasındakı gərginlik fonunda hava məkanını bağlayıb səhər saatlarında yenidən açan İordaniya qərarını dəyişib. SİA xəbər verir ki, bu barədə rəsmi “Petra” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, ölkənin hava məkanı qeyri-müəyyən müddətə bütün növ hava gəmiləri üçün qapalıdır.

Daha çox