İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu “xilas müharibəsi” aparır və İrana “sarsıdıcı zərbə” vurmağa hazırdır.
SİA-nın məlumatına görə, Netanyahu bir gecədə İranın ballistik raketinin çoxmərtəbəli yaşayış binasını vurduğu Bat Yama baş çəkib.
O, həlak olanların ailələrinə başsağlığı verib və İranın baş verənlərə görə “çox yüksək qiymət” ödəyəcəyini bildirib. İsrail baş nazirinin Telegram kanalında “…Biz məhv etməyə çalışan qəddar düşmənə qarşı ekzistensial mübarizə aparırıq. Qırıcılarımız və pilotlarımız İran səmasında cəsarətlə hərəkət edirlər. Biz onlara sarsıdıcı zərbə vuracağıq – və biz qalib gələcəyik”,-deyib.
Əli Babayev