…Moskvada naməlum şəxs Rusiya paytaxtının Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Roman Qruzinova atəş açıb.
SİA xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Cinayət iyunun 14-də şəhərin şimal-qərbində yerləşən uşaq bağçasının yaxınlığında törədilib.
Həmin şəxs travmatik tapança ilə Qruzinova atəş açmağa başlayıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
O, nəşrə atəş açan şəxsi tanımadığını deyib.
Qruzinov beynəlxalq dərəcəli təlimatçı və xüsusi təyinatlıların zabitidir. O, hökumət mükafatlarına layiq görülüb.
O, dəfələrlə antiterror əməliyyatlarında iştirak edib. 1999-2003-cü illərdə rusiyalı Yuqoslaviya və Şimali Qafqazda xidmət edib.
Bundan əvvəl Tver vilayətinin sakini səs-küyə görə yeniyetmələrə atəş açıb və bir qızı yaralayıb.
Əli Babayev