Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin regionun təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. SİA xəbər verir ki, bu fikri Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığı zamanı səsləndirib.
Ərdoğan hücumların nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsinin diqqətçəkən olduğunu vurğulayıb və nüvə mübahisəsinin yeganə həll yolunun diplomatik danışıqlar olduğunu qeyd edib.
Türkiyə Prezidenti əlavə edib ki, baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında davam edən humanitar böhrandan yayındırmamalıdır.