İyunun 15-də günortadan sonra İran İsrailə növbəti ballistik raket zərbəsi endirib, dağıntı və tələfat barədə məlumat verilməyib.
SİA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri İrandan yeni ballistik raketlərin atıldığını, İsrailin mərkəzində və Qüdsdə hava hücumu sirenlərinin səslənməsini və mülki şəxslərin bomba sığınacaqlarında qalmalarını əmr etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri raketlərin vurulması üçün çalışdığını bildirib. Daha sonra İsrailin milli təcili tibbi yardım xidməti Magen David Adom bildirib ki, raket zərbələri və ya xəsarət alanlar barədə məlumat yoxdur və hərbçilər sığınacağın boşaldıla biləcəyini bildiriblər.
Bundan əvvəl bildirilmişdi ki, İranın iyunun 15-nə keçən gecə İsraili atəşə tutması nəticəsində Tel-Əviv yaxınlığındakı Bat Yam və Hayfa yaxınlığındakı Tamra şəhərlərində 13 nəfər ölüb, bir neçə yüz nəfər yaralanıb.
Ölənlər arasında üç uşaq da var.
Əli Babayev