İranın hava məkanında uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb. SİA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilir ki, hava məkanı 15 iyun saat 15.00-dək (Bakı vaxtı 14.30) bütün uçuşlara qapalı olacaq. Mülki aviasiya idarəsi bütün daşıyıcılara müvafiq bildiriş göndərib.