ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır


İraq hava məkanının İsrail tərəfindən pozulmasının qarşısının alınmasında rəsmi Vaşinqtonu üzərinə götürdüyü məsuliyyətini dərk etməyə çağırıb. SİA yerli mediaya istinadla xəbər verir ki, İraq hökuməti çərçivə sazişinə əsasən, ölkənin hava sərhədlərinin İsrail təyyarələri tərəfindən pozulmasının qarşısının alınmasında ABŞ-ın məsuliyyətini xatırladan və öhdəliklərini yerinə yetirməyə çağıran rəsmi məktub ünvanlayıb. Məktubda, həmçinin “İraqın suverenliyinə və hava məkanının toxunulmazlığına hörmət edilməsinin vacibliyi” vurğulanıb.

Qeyd olunub ki, “ABŞ İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyaya rəhbərlik edən ölkə kimi öz öhdəliklərini yerinə yetirməli və İraqın hava məkanı üzərində suverenliyini pozan və ya onu təhlükəyə məruz qoyan hər hansı pozuntunun qarşısını almalıdır”.

Əlaqəli Xəbərlər