Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 santimetr, Katexçayda 24, Qudiyalçayda 4, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16, Zəyəmçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Oxçuçay və Bərgüşadçayda 2 santimetr artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 132 kubmetr/saniyə olmaqla normanın 78 faizini təşkil edir.
Daha çoxDay: June 15, 2025
geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər. Konfrans açılış mərasimindən sonra “Milli suverenlik, regional əməkdaşlıqvə qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında panel sessiyalarla davam edəcək.
Daha çoxPrezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.
Daha çoxHindistanda helikopter qəzaya uğrayıb
Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib. Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Helikopterdə olanların hamısı həlak olub.
Daha çoxİyunun 15-i Ümumdünya Külək Günüdür
İyunun 15-i bir çox ölkələrdə Ümumdünya Külək Günü qeyd olunur. SİA xəbər verir ki, ilk baxışdan qeyri-adi görünən belə bir bayramın yaradılmasının təşəbbüskarları Avropa Külək Enerjisi Assosiasiyası və Qlobal Külək Enerjisi Şurasıdır. Burada məqsəd külək enerjisinin nəhəng potensialına ictimaiyyətin, ilk növbədə, müxtəlif ölkələrin enerji komplekslərinin nümayəndələrinin diqqətini cəlb etmək olub. İlk Ümumdünya Külək Günü 2007-ci ildə Avropada qeyd edilib. Artıq 2009-cu ildə dünya festivalı statusu alıb, 30-dan çox ölkə bu bayrama qatılıb. Hər il onların sayı sürətlə artır. Hər il bir mövzu ətrafında qeyd edilən Ümumdünya Külək Gününün builki mövzusu…
Daha çoxMehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
Daha çox15 İyun və Şuşa Bəyannaməsi: Türkiyə-Azərbaycan Qardaşlığının Zirvəsi
15 iyun Azərbaycan tarixində iki mühüm hadisənin xatirəsini yaşadır: Milli Qurtuluş Günü və Türkiyə ilə imzalanmış strateji müttəfiqlik sənədi – Şuşa Bəyannaməsi. Hər iki hadisə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli birliyin güclənməsi və beynəlxalq əlaqələrinin dərinləşməsi baxımından mühüm mərhələdir. Xüsusilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəsmi və tarixi zirvəsidir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərini rəsmiləşdirdi və onların əlaqələrini yeni mərhələyə daşıdı. Şuşa Bəyannaməsinin…
Daha çoxBritaniya XİN İrana və İsrailə müraciət edib
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İrana və İsrailə müraciət edib. SİA xəbər verir ki, nazir yaxın Şərqdə gərginliyə son qoymağa çağırıb. Diplomat bildirib ki, təmkin, sakitlik və diplomatiyaya qayıdışın vaxtı çatıb.
Daha çoxİran hava məkanının bağlı qalma müddəti uzadılıb
İranın hava məkanında uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb. SİA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilir ki, hava məkanı 15 iyun saat 15.00-dək (Bakı vaxtı 14.30) bütün uçuşlara qapalı olacaq. Mülki aviasiya idarəsi bütün daşıyıcılara müvafiq bildiriş göndərib.
Daha çoxBayram gününün havası açıqlandı
Bayram gününün havası açıqlandı
Daha çox