İran tərəfi olanları “müharibə elanı” adlandırdı
Daha çoxDay: June 14, 2025
Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin son illərdə iqtisadi əməkdaşlığın daha da artması ilə nəticələnməsindən məmnunluq ifadə olunub. Səfir Ş.Berekaşviliyə iki ölkə arasındakı iqtisadi münasibətlərin təməlini təşkil edən layihələr, eləcə də perspektiv təşəbbüslər barədə məlumat verib. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, eləcə də tranzit ölkə olaraq Gürcüstanın artan…
Daha çoxİsraildə xəsarət alanların sayı artdı
İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 44-ə çatıb. SİS xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb. *** İranın raket zərbələri nəticəsində Təl-Əvivdə azı 35 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib ki, iki nəfərin vəziyyəti ağırdır, digərləri yüngül və ya orta dərəcəli xəsarətlər alıblar.
Daha çox“Rusiyanın qaz və neftinə daha bir zərbə…”
“Rusiyanın qaz və neftinə daha bir zərbə…”
Daha çoxMüsəlmanlar dünyada ən yüksək əhali artım tempinə sahibdirlər…
ABŞ-da yerləşən “Pew Research Center” müsəlmanların 2010-2020-ci illər arasında 347 milyon nəfər artaraq dünyada ən sürətlə böyüyən dini qrup olduğunu bildirib. SİA-nın məlumatına görə, təşkilat siyahıyaalmalar, rəsmi qeydlər və sosioloji sorğular da daxil olmaqla 2700 mənbədən əldə edilən məlumatları təhlil edən hesabat dərc edib. Hesabatda iştirakçıların dini mənsubiyyətlə bağlı suallara cavabları da nəzərə alınıb. Hesabata görə, müsəlmanların sayı 347 milyon nəfər artaraq bütün dinlər arasında ən sürətli artım olub. Bunun əsas səbəbinin İslam cəmiyyətlərində əhalinin təbii artımı olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, xristianların sayı 122 milyon artıb, lakin…
Daha çoxPutin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Putin İran rəhbərliyinə və xalqına baş verən hadisələr zamanı, o cümlədən mülki şəxslər arasında çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Xatırladıb ki, Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin yalnız sülh yolu ilə həllini daim dəstəkləyib və qarşılıqlı qəbul edilə bilən həll yollarının tapılması üçün konkret təşəbbüslər irəli sürüb. Rusiya tərəfi İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində səylərini davam etdirmək niyyətindədir. İsrailin Baş…
Daha çoxVolkswagen yeni model və ixrac ambisiyaları ilə Özbəkistana qayıdır…
Volkswagen 2025-ci ilin sonuna kimi bu ölkədə minik avtomobillərinin istehsalına başlayacaq …Volkswagen və Alyans Auto Özbəkistanda minik avtomobillərinin seriyalı istehsalına başlayacaq. İstehsal proqramına sedanlardan krossoverlərə qədər modellərin lokallaşdırılması, ixracı və buraxılması daxildir. SİA-nın məlumatına görə, “Uzavtosanoat”a daxil olan “Volkswagen” və “Alyans Auto” şirkəti Özbəkistanda yeni minik avtomobillərinin seriyalı istehsalına başlamaq barədə razılığa gəliblər. İstehsalı 2025-ci ilin dördüncü rübündə başlayacaq. Layihədə model çeşidinin genişləndirilməsi, əlavə istehsal güclərinin işə salınması, yerliləşdirmə dərəcəsinin artırılması, müasir texnologiyaların tətbiqi və ixrac potensialının inkişafı nəzərdə tutulur. Bu sıraya yerli bazarın xüsusiyyətlərinə…
Daha çoxTürkiyənin dövlət rəsmilərinin İsrail-İran gərginliyi ilə bağlı iclası keçirilib
İsraillə İran arasında artan gərginlik ilə bağlı Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib. SİA xəbər verir ki, ölkənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib. Görüşlə bağlı açıqlama verən Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti ilk andan etibarən hadisələri yaxından izləyir və mütəmadi məlumatlandırılır. Ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında Türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə…
Daha çoxKaliforniyada benzinlə işləyən avtomobillərə qoyulan qadağa ləğv edilib…
Tramp qeyd edib ki, hər bir ölkə sakininin istədiyi avtomobili almaq hüququ olmalıdır… ABŞ prezidenti Donald Tramp Kaliforniyada benzinlə işləyən yeni avtomobillərin satışına tədricən qadağa qoyulmasını qadağan edən qətnamə imzalayıb. Ştatda belə avtomobillərin alınmasına tam qadağa 2035-ci ildə qüvvəyə minməli idi. SİA-nın məlumatına görə, bu qətnamə ilə yanaşı, Tramp daha iki sənəd imzalayıb. Birincisi, orta və ağır dizellə işləyən avtomobillərin satışının mərhələli şəkildə dayandırılması qaydaları ləğv edilir. İkinciyə əsasən, Birləşmiş Ştatlar yük maşınlarının işlənmiş tullantılarının azaldılması ideyasından imtina edəcək. Tramp qeyd edib ki, ölkənin hər…
Daha çoxRusiyada yanvar-mart aylarında yoxsulluğun səviyyəsi 8,1 faiz təşkil edib
2025-ci ilin birinci rübündə yoxsulluğun səviyyəsi 16 621 rubla çatıb. Gəlirləri bu səviyyəyə çatmayan vətəndaşların sayı Rusiya sakinlərinin ümumi sayının 8,1 faizini təşkil edib. SİA xəbər verir ki, Rosstatın məlumatına görə, il ərzində yoxsulluq həddində yaşayan əhalinin faizi 1,5 faiz bəndi azalıb. Bu, bir neçə amillə bağlıdır: əmək haqqının artımı hesabına əhalinin gəlirlərinin artması, sahibkarlıq fəaliyyətindən və əmlakdan əldə edilən gəlirlərin artması, həmçinin sosial ödənişlərin artması. 2025-ci ilin birinci rübündə əhalinin pul gəlirləri 27,1 trilyon rubla çatıb (əvvəlki ilin eyni dövrü ilə müqayisədə +17,9 faiz). Real pul gəlirlərinin artımı 7,1…
Daha çox