İran ABŞ-la dialoqa qayıtmaq üçün şərtləri açıqlayıb…

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə söhbəti zamanı deyib ki, İsrail İran ərazisindəki hədəfləri vurduqca Tehran və Vaşinqton arasında dialoq mümkün deyil. SİA-nın məlumatına görə, bu barədə Fars agentliyi yazır. Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri respublikanın nüvə və hərbi obyektlərinə zərbələr endirib. İyunun 14-də İsrail əməliyyatın miqyasını genişləndirdiyini açıqlayıb. Nazir qeyd edib ki, İsrailin hücumu ABŞ-ın birbaşa dəstəyinin nəticəsidir. O əlavə edib ki, “zərbələrin davam etdiyi bir vəziyyətdə İran və ABŞ arasında danışıqların…

Daha çox

Emmanuel Makron hakimiyyətdən getmək istəmir..?

…Fransa prezidenti Emmanuel Makron postunu itirmək istəmədiyi üçün Ukraynanı dəstəkləyir. SİA xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində məlumat verib. O, respublika rəhbərinin Parisin İsrailə dəstək verəcəyi və artıq Kiyevə fəal şəkildə kömək etdiyi barədə sözlərini xatırladıb. “Makron həqiqətən bizi total müharibəyə sürükləmək istəyir: o, yalnız 2027-ci il haqqında düşünür!” Siyasətçi bunu prezident seçkilərinə toxunaraq qeyd edib. Filippotun sözlərinə görə, müharibə mühiti Fransa Konstitusiyasının seçkilərin təxirə salınmasına və hazırkı prezidentin səlahiyyətlərinin uzadılmasına imkan verən 16-cı maddəsinə istinad etmək üçün çox əlverişlidir. Spiker Makronun…

Daha çox

YAP nümayəndələri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Şuşada keçiriləcək beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 15-də Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanını ziyarət…

Daha çox

Zelenski Putinin “sülh planını” alt-üst etdi…

Moskva dərhal anladı ki, Kiyev belə şərtləri qəbul etməyəcək… Rusiyanın “sülh təklifi” müharibəni bitirmək planı deyil, Ukrayna Konstitusiyasına, beynəlxalq hüquqa və Ukrayna xalqının iradəsinə zidd olan aydın şəkildə tərtib edilmiş ultimatumdur. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Newsmax-a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən bildirib. …Rusiya qondarma təklifi yazıb və o, aydın başa düşür: orada yazılanların hamısı Ukrayna Konstitusiyasına, qanuna, beynəlxalq hüquqa, ukraynalıların istəyinə uyğun gəlmir. Rusiyanın təklif etdiyi sülh planı deyil – bu, Ukraynanın heç vaxt yerinə yetirə bilməyəcəyi şəkildə yazılmış ultimatumdu. Bunu…

Daha çox

“Bu gün müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır”

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış tale yüklü əhəmiyyəti olan günlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan…

Daha çox

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvanda 80-dən çox məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib. Bu barədə SİA-ya Komitədən məlumat verilib. “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbirində dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib. Komitənin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə…

Daha çox

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib. SİA bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.

Daha çox

Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Daha çox

11 illik unudulmaz məktəb yolunun son zəngi: 162 nömrəli məktəbdən REPORTAJ

Bu gün ölkəmizin orta ümumtəhsil məktəblərində “Son zəng” mərasimləri keçirilib. “Səs” qəzeti Bakıdakı orta məktəblərin birindən- Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbdən reportaj hazırlayıb. 162 nömrəli məktəb paytaxtın və ölkənin ən yaxşı göstəricilərə malik təhsil ocaqlarından biridir. 100-dən çox yaşı olan məktəbdə Azərbaycan və rus sektorları üzrə 1700 şagird təhsil alır. Bu gün məktəbin dörd 11-ci sinfindən (A,B, C, L) ümumilikdə 92 şagird məzun olur. Bu münasibətlə məktəbdə maraqlı şənlik və vida mərasimi təşkil olundu. Tədbirdə məktəbin müəllim və məzunları ilə yanaşı, çox sayda valideyn də iştirak edirdi. …

Daha çox

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir: “Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim…

Daha çox