Livan və İordaniya hava məkanını açıb


Livan və İordaniya hava məkanını açıb. SİA xəbər verir ki, bu barədə məlumat Türkiyənin teleqram kanallarında yayılıb.

Həmçinin İordaniyanın da hava məkanını açdığı bildirilib.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı “Yüksələn Şir” (“Rising Lion”) əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.

Əlaqəli Xəbərlər