İran İsrail ərazisinə qarşı yeni raket hücumu həyata keçirib. SİA xəbər verir ki, İranın dördüncü hücum dalğası barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Müdafiə sistemləri təhdidləri qabaqlamaq üçün işləyir”, – məlumatda qeyd olunub. Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. İranın İsrail ərazisinə qarşı son hücumları nəticəsində azı 13 nəfər yaralanıb. Bu barədə İsrailin Milli Tibbi Xidmətinin yaydığı məlumata görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan öncəki hücumlar nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın isə ölüb.